İranın dəstəklədiyi terrorçuların Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərəkətə keçib.
ABŞ-ın Aralıq dənizindəki USS George W.H.Bush təyyarə daşıyan gəmisi Suriya sahilləri yaxınlığında yerləşdirilib.
"İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli qrupların Suriyada yerləşən qüvvələrimizə hücumlarını artırdığını gördük və ehtiyat tədbiri olaraq təyyarədaşıyan gəmini daha yaxın əraziyə çəkdik" - Pentaqonun sözçünün müavini Sabrina Sinq gündəlik mətbuat konfransında deyib.
Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra gəminin Türkiyə sahillərinə yaxınlaşdığını xatırladan Sinq, gəminin mövqeyinin və xidmət müddətinin dəyişdirildiyini, gəminin Suriya sahillərinə daha yaxın olması üçün mövqeyinin dəyişdirilərək xidmət müddətinin uzadıldığını bildirib.
Gəminin İrana qarşı mümkün hərbi əməliyyatın bir hissəsi kimi bölgədə yerləşdirilməsi iddialarına gəlincə Sinq deyib: "Bu, əsgərlərimizə edilən hücumlarla bağlıdır və bu, bizim cavabımızdır".
Tahir TAĞIYEV