Bazar günü günü, 13 sentyabr 2026
     

İran Ukraynaya qarşı qırmızı xətti keçdi, Yaxın Şərqdə isə daha böyük təhdidə çevrildi...

Image


Bu günlərdə Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən müəyyənləşdirilən yeni sanksiyaları təsdiqləyib. Sanksiya siyahısına düşənlər sırasında İran təşkilatı və vətəndaşları da var. Bu sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəminat Cihad Təşkilatına və səkkiz nəfər İran vətəndaşına aiddir.

Sanksiyalar 10 il müddətinə tətbiq edilir, aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının həyata keçirilməsini məhdudlaşdırmağı, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandırmağı və digər qadağaları nəzərdə tutur. İranın sanksiyalar sırasına daxil edilməsinin səbəbi bu ölkənin Ukraynaya qarşı istifadə edilən silahların əsas təchizatçılarından biri olmasıdır. Tehranın bu xüsusda fəaliyyəti əslində, beynəlxalq miqyasda xüsusi diqqət mərkəzindədir və kəskin tənqid edilir. Kiyev Moskvanı Ukraynanın infrastruktur və mülki obyektlərinə, yaşayış məhəllələrinə İranın “Şahed” dronları ilə zərbələr endirməkdə ittiham edir. Proseslərin gedişi göstərir ki, İran bundan sonra da silahlarını Ukraynaya qarşı istifadə edilmək üçün göndərmək niyyətindədir. Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi hələ 2022-ci ilin əvvəllərində Moskvaya səfəri zamanı müdafiə razılaşması əldə edəcəyinə böyük ümidlər bəsləyirdi. Bu razılaşma Tehrana beynəlxalq sanksiyalardan yan keçməyə və BMT-nin silah ticarəti embarqosunun vaxtının keçməsindən yararlanmağa kömək edə bilərdi.

Rusiya döyüş təyyarələri, raket əleyhinə müdafiə sistemləri və digər müasir hərbi avadanlığı Rəisinin əsas gözləntiləri arasında idi. Ancaq belə bir sual yaranırdı: sanksiyaların vurduğu, pulu və texnologiyası çox olmayan İran bunun əvəzində enerji ilə zəngin Rusiyaya nə verə bilərdi? Rusiya rəqib dövlətləri və Yaxın Şərqdəki əhəmiyyətli müştərilərini qəzəbləndirmək bahasına İrana müasir hərbi texnologiyaları verməyə razı olardımı? Rəisinin səfərindən bir ay sonra Rusiyanın Ukraynaya hücum etməsi bu sualların cavabını verdi.
Müharibənin Kremlin gözlədiyindən qat-qat uzun çəkəcəyi və Rusiyanın silah arsenalını tükəndirəcəyi aydın olandan sonra Moskva hərbi dronlar almaq üçün İrana üz tutdu. İranın qısamənzilli raketləri, mərmi və sursatının Rusiyanın arsenalındakı boşluqları doldurduğu bildirilir. Bundan başqa, İranın gələcəkdə Rusiyaya ballistik raketlər satacağı haqda söhbətlər də var.

İran bunun əvəzində Rusiyadan müasir Su-35 döyüş təyyarələri, S-400 raket əleyhinə müdafiə sistemləri və digər hərbi avadanlıq almağa ümid edir. CNN telekanalı xəbər verir ki, Rusiya ABŞ-ın Ukraynaya göndərdiyi silahları ələ keçirdiyi zaman onları İrana göndərir. Burada onlar həmin silahların İran ekvivalentlərini yarada bilərlər.  “The Wall Street Journal”sa ötən həftə yazıb ki, Rusiya izləyici kompüter proqramları ilə Tehranın hökumət əleyhinə etirazları yatırmasına kömək edir. Onu da qeyd edək ki, 2020-ci ildə BMT-nin İrana qarşı silah embarqosunun müddəti bitən kimi Tehran vəziyyətdən öz təhlükəsizliyini möhkəmləndirməkdən ötrü yararlanmağa başladı.

Embarqonun aradan qaldırılması 2015-ci ildə İranla dünya gücləri arasında imzalanan nüvə sazişinin şərtlərinin bir hissəsi idi. 13 il çəkən embarqo İranın adi silahlar idxal etməsini qeyri-mümkün etmişdi. Nəticədə Tehran regional rəqibləri Səudiyyə Ərəbistanı və İsraillə üzləşə bilmək üçün əsasən öz daxili hərbi texnologiyasından asılı vəziyyətə düşüb.  Qüvvədə qalan ABŞ sanksiyaları İranın texnologiya idxal etmək qabiliyyətini məhdudlaşdırır. Bu xüsusən də İranın nüvə silahları istehsalına yardım edə biləcək texnologiyalara aiddir. Avropa İttifaqı (Aİ) isə adi silahlar və raket texnologiyaları idxalına embarqonu qüvvədə saxlayır. Məqsəd 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada nüvə sazişindən çəkilməsindən sonra İranı sazişin şərtlərini yerinə yetirməyə məcbur etməkdir. Ancaq BMT-nin embarqosunun qaldırılması İrana adi silah ticarəti üçün pəncərə açdı. Onun silah almaq üçün üz tutacağı ölkələrsə ilk növbədə Rusiya və Çindir.

Onu da xatırladaq ki, Rəisi 2022-ci ilin yanvarında Moskvaya səfərini Tehranın Rusiya ilə münasibətlərində “dönüş nöqtəsi” adlandırmışdı. İran Rusiyadan beşinci nəsil döyüş təyyarələri, havadan müdafiə sistemləri, helikopter və tanklar almaqda maraqlıdır. Ancaq müdafiə ekspertləri İranın büdcəsinin məhdud olduğunu nəzərə alaraq onun bahalı təyyarələr alması ehtimalının az olduğunu deyirlər. İran on illər ərzində əsasən 1979-cu il İslam inqilabından öncə alınmış ABŞ təyyarələrindən asılı olan hərbi hava qüvvələrini ayaqda saxlamağa çətinlik çəkir. Bu təyyarələrin bəziləri 1960-cı illərdə istehsal olunub. ABŞ-ın on illərlə davam edən sanksiyaları İranın F-5, F-14 və F-4 Fantom təyyarələri üçün ehtiyat hissələri almasını qeyri-mümkün edir. Nəticədə İranın hərbi hava donanması köhnə ABŞ təyyarələri, İranın özünün ABŞ təyyarələri əsasında modelləşdirdiyi təyyarələr, 1990-cı illərdə alınmış bəzi Çin və Rusiya təyyarələrindən ibarət quramanı xatırladır. Bu ilin yanvarında İranın yarırəsmi “Təsnim” xəbər agentliyi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının rəhbəri Şəhriyar Heydəriyə istinadən bildirib ki, İran 24 Su-35 təyyarəsi alacaq. Heydəri həmçinin İranın Rusiyadan helikopterlər, hava müdafiə və raket sistemləri sifariş etdiyini deyib.  Su-35 təyyarələrinin Ukrayna müharibəsindəki tarixçəsi maraqlıdır. Ukrayna ordusu çox sayda Su-35-i vurduğunu iddia edir. “Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə mütəxəssisi Ceremi Binni hesab edir ki, Su-35 təyyarələri əsasən hava-hava rolu oynayacaq:  “Onları İranın içərilərinə yerləşdirəcək, nüvə və digər strateji obyektlərə hücum edən təyyarələrin qarşısının alınmasında istifadə edəcəklər”, – deyə o bildirib. O əlavə edib ki, bu təyyarələr İranın mərkəzindəki İsfahan əyalətində yerləşdirilmiş ABŞ istehsalı olan, 1970-ci illərdə buraxılmış “vintaj” F-14-lərin rolunu öz üzərinə götürəcək.

Bu yaxınlarda Yaxın Şərqə səfər edən ABŞ-ın Müdafiə katibi Lloyd Ostin ötən bir il ərzində Rusiyanın İranla dərinləşən hərbi əməkdaşlığından narahatlıq ifadə edib. O bunun region üçün ciddi problemlər yaratdığını deyib. Su-35-lərin İranın hərbi hava donanmasına əlavə edilməsi işə yarasa da, regional düşmənləri qarşısında onun hərbi hava imkanlarını arzuolunan səviyyəyə çatdıra bilməz. İran mətbuatı Tehranın Rusiyadan ən azı bir S-400 raket əleyhinə müdafiə sistemi sifariş etdiyini yazır. Bu sistem İranın mümkün hava hücumlarından müdafiə olunmaq qabiliyyətini gücləndirəcək. Ancaq onun bu silahı alması BMT-nin əvvəlki, Aİ-ninsə mövcud embarqolarını pozmur. Çünki bu, müdafiə silahıdır. Ancaq İsrail, ABŞ kimi ölkələr bundan narahat olurlar. Eyni zamanda İranın uranı zənginləşdirməsi prosesini intensivləşdirməsi də ciddi narahatıqla qarşılanır. Bunun neytrallaşdırılması üçün İrana qarşı hərbi əməliyyatlara start verilməsi istisna olunmur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ