İran ərazisindən terrorçuların silahlı hücumu nəticəsində 4 pakistanlı əsgər həlak olub. Bu, son 3 ayda ikinci hadisə idi.
Pakistan ordusundan verilən açıqlamada İran ərazisindən yaraqlıların Bəlucistan əyalətinin Keç bölgəsində sərhəddə patrul maşınına silahlı hücum təşkil etdiyi və 4 əsgərin həyatını itirdiyi bildirilib.
İran rəsmiləri ilə lazımi əlaqənin qurulduğu bildirilən açıqlamada qeyd edilir ki, Tehrandan bu cür hücumların gələcəkdə təkrarlanmaması üçün silahlılara qarşı təsirli addımlar atması tələb edilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, bu, son 3 ayda baş verən ikinci hadisədir. Yanvarın 18-də də silahlıların Bəlucistan əyalətində İran ərazisindən təhlükəsizlik qüvvələrinin karvanına hücumu nəticəsində 4 pakistanlı əsgər həlak olmuşdu.
TAHİR