"Bu axmaqlara görə Üçüncü Dünya Müharibəsi başlaya bilər" - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərinin sonuna qədər Ukrayna böhranı bitməsə və yenidən Ağ Evə seçilərsə, “bir gün ərzində” sülh razılaşmasına nail olacağını iddia edib.
Tramp hətta Zelenski ilə Putin arasında danışıqların “asan” olacağını iddia edib: “Əgər problem həll olunmasa, Zelenski və Putinlə 24 saat ərzində həll edə bilərəm, çox asan danışıqlar yolu var. Amma bunun nə olduğunu sizə açıqlamaq istəmirəm, çünki ondan ondan istifadə edə bilmirəm. Bir günə həll edərəm, aralarında barışıq olar”.
Tramp həmçinin münaqişələrin daha da pisləşə biləcəyini deyib: “Bu axmaqların hərəkətlərinə görə, Birinci və İkinci Dünya müharibələrini qəlyanaltı kimi göstərəcək nüvə müharibəsi ilə nəticələnəcək Üçüncü Dünya Müharibəsinə girə bilərik”.
TAHİR