Bazar günü günü, 08 noyabr 2026
     

İstiqlal və vətəndaş müharibəsində ABŞ-ı dağılmaqdan Rusiya xilas edib? - Patruşev tarixi bir-birinə qatdı...

Image


“Rusiya ona müraciət edən hər bir xalqın suverenliyinin və dövlətçiliyinin tarixi müdafiəçisidir. O, ən azı iki dəfə ABŞ-ı xilas edib - Müstəqillik Müharibəsi və Vətəndaş Müharibəsi zamanı”. Bunu  “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ-ın dağılması təhlükəsi indi də mövcuddur, onun əlaməti Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri arasında “antaqonizmin artması”dır. N.Patruşev hesab edir ki, “adi vətəndaşlar Amerikanın bütövlüyünü qorumaq üçün barmaqlarını belə qaldırmayacaqlar”. Həmçinin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin fikrincə, “BLM, yəni Qaraların  həyatı önəmlidir” kimi layihələr və transgender nəzəriyyələrinin universal şəkildə yayılması” Amerika dövlətçiliyinin dağılmasına gətirib çıxarır.

O, izah edib ki, ABŞ-dakı daxili siyasi ziddiyyətlər fonunda Meksika "amerikalıların 1848-ci ildə ələ keçirdikləri" əraziləri geri qaytarmağa cəhd edə bilər. Bundan əlavə, N.Patruşevin fikrincə, digər Latın Amerikası dövlətlərinin liderlərinin də oxşar planları ola bilər. “Şübhə yoxdur ki, gec-tez ABŞ-ın cənub qonşuları onlardan oğurlanmış əraziləri geri alacaqlar”-deyə Patruşev əlavə edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, ABŞ-ın dağılması təhlükəsi reallaşarsa, o zaman Moskva Amerika hakimiyyətinə kömək etməyəcək: "Hesab edirəm ki, bu dəfə dövlətlərə öz bütövlüyünü qoruyub saxlamaqda kömək etmək məqsədəuyğun deyil”.

Patruşev düzmü deyir? Rusiya iki dəfə ABŞ-ı xilas edib?Amerika doğrudan parçalana bilərdi?

  • “Onun bu bəyanatı hər cür ciddilikdən uzaq və dövlət adamına qətiyyən yaraşmayan bir bəyanatdır”

Siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə “Nikolay Patruşev Rusiyanın Təhlükəsizlik Şurasının katibidir və Rusiyada ən nüfuzlu, Putinə ən yaxın olan adamlardan biri sayılır. Ancaq onun bu bəyanatı hər cür ciddilikdən uzaq və dövlət adamına qətiyyən yaraşmayan bir bəyanatdır. Rusiya Amerikanı 200 il bundan əvvəl parçalanmaqdan xilas edib. Təbiidir ki, 200 il bundan əvvəl çox şeylər olub. Ancaq bunun müasir tarixlə nə əlaqəsi var? Rusiya da ən azı son 150 il ərzində dəfələrlə belə vəziyyətdə olub, parçalanıb, sonra müəyyən əraziləri zorakılıqla özünə birləşdirib. Ona görə də tarixə belə ekskrusiya etmək, bu cür bəyanatlar vermək təbii ki, yanlışdır. Dünyada böyük dövlətlərinheç biri parçalanmaq təhlükəsindən tamamilə sığortalanmayıb. Əgər belə dövlətlərin siyahısı tutulsa, parçalanmaq təhlükəsi ilə üz-üzə olan dövlətlərin başında Rusiya gəlir. Patruşevin belə bir təhlükədən qorunmaq üçün çarəsi varsa birincisi, onu Rusiya üçün düşünsün. “Keçəl dərman bilsə öz başına çəkər” məşhur məsəlini unutmasın. Bu gün parçalanmaq təhlükəsi olan ən böyük dövlət Rusiyadır. ABŞ belə bir təhlükə ilə üz-üzədirmi? Təbiidir ki, ola bilər. Ancaq bu təhlükə Rusiya ilə müqayisədə dəfələrlə azdır, yox dərəcəsindədir. Ancaq hər bir dövlətin başına belə bir şey gələ bilər. Gələcək yaxın 50-100 ildə nə baş verə bilər, bunu söyləmək çox çətindir. Bu vəziyyətdə əgər ABŞ parçalanmaq təhlükəsi ilə üz-üzə olsa və ştatlardan hansısa ABŞ-ın tərlibindən çıxıb müstəqil olmaq istəsə Rusiya hansı köməyi göstərə bilər? Bunun qarşısını nə cür ala bilər? Məsələ BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxsa əleyhinə səs verməkləmi? ABŞ və onun Təhlükəsizlik Şurasındakı müttəfiqləri istəməsələr, bu məsələ heç müzakirəyə də çıxmaz. Ona görə də Rusiyanın burada kömək göstərmək imkanı yox dərəcəsindədir”- deyə bildirdi.

A.Səmədovun vurğuladığına görə, hərbi və digər sahələrdə yardımları da düşünmək qeyri-ciddi olardı. A.Səmədov qeyd etdi ki, ona görə də, əgər ABŞ nə vaxtsa parçalanmaq təhlükəsi ilə üz-üzə olsa və hansısa ştatlardan biri, yaxud bir neçəsi dövlətin tərkibindən çıxmaq istəsə, təbiidir, bu, ABŞ-ın daxili işi olacaq, onun qarşısını almaq da ABŞ hakimiyyətinin işidir. “Mümkün olsa qarşısını alarlar, mümkün olmasa da yox. Bu cəhdin qarşısını almaq çətin olar, amma burada Rusiyanın hər hansı bir rolunun olması mümkünsüzdür. Yenə təkrar edirəm, bu gün, dünən parçalanmaq təhlükəsi ilə üz-üz olan dövlət Rusiya olub. Boris Yeltsin hakimiyyəti dövründə onun verdiyi məşhur bəyanat Rusiyanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoyub, eyni zamanda onun apardığı siyasət də belə bir təhlükəni tam real etmişdi. Xatırlayırıq ki, Yeltsin deyirdi, nə qədər həzm edə bilərsizsə o qədər müstəqillik götür. Bəzi respublikalar düşündülər ki, tamamilə müstəqilliyi də həzm edə bilərlər və Çeçenistan problemi üzə çıxdı. Çeçenistan müstəqil olmaq istəyirdi. Növbədə digər respublikalar da var idi və onlar da gözləyirdilər ki, Çeçenistandakı proseslər uğurla başa çatsa onlar da müstəqilliyə doğru addım atsınlar. Ancaq Rusiya rəhbərliyi verdiyi sözdən imtina etdi və Çeçenistanı qan içində boğdu. Tədricən o biri respublikaların da bütün səlahiyyətlərini əllərindən aldı. Hələlik, o təhlükə azalıb. Ancaq Ukrayna müharibəsindən sonra necə olacaq, sanksiyalar Rusiyanı hansı həddə gətirib çıxaracaq, Rusiya dünyada çıxdaş olumuş dövlət vəziyyətində necə yaşayacaq və bu bunun gələcək taleyində hansı rolu oynayacaq, bütün bunlar çox ciddi suallardır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın gələcək taleyi barədə bəyanat verməkdənsə, Rusiya barədə, Rusiyanın ərazi bütövlüyünü qorumaq haqda düşünsün və artmaqda olan mövcud təhlükələri necə aradan qaldırmaq barədə düşünsün. Məncə, bu həm onun, həm də Rusiya üçün daha düzgün yol olardı”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ