Ukrayna ilə müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci Batalyonunun komandiri, polkovnik-leytenant Dmitri Lissitski öldürülüb.
Prezident Putinin xüsusi göstərişi ilə Ukraynada döyüşə göndərilən polkovnik Rusiyanın Stavropol şəhərindəki evində ölü tapılıb. Ukrayna kəşfiyyatının xüsusi işi ilə öldürüldüyü bildirilən Lissitskinin ölümü ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.
Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putinin əlindən Rusiya Federasiyası Qəhrəmanı adını alan Dmitri Lissitski Ukraynadakı müharibədə həlak olub.
Lissitskinin yaşadığı Stavropol vilayətinin Blaqodarnenskinin bələdiyyə sədri Dmitri Tenkov da onun ölümünü təsdiqləyib: "Qəbul edilməsi çətin olan xəbərlər aldıq. Rus qəhrəmanı Dmitri Lissitski öldü. Bu, Stavropol üçün böyük itkidir".
TAHİR