10/06/2023 09:28
728 x 90

İsrail mediası İranla bağlı xəbərdarlıq etdi - "...2 və ya 3 həftə qaldı"

"Düşmənlərimiz ölkənin tənəzzülə uğradığını düşünürlər"

img

İsrail İctimai Yayım Təşkilatı (KAN) yüksək səviyyəli bir təhlükəsizlik məmuruna istinadən, "İsrail düşmənlərinin" məhkəmə böhranı səbəbilə ölkənin çökdüyünü düşündüyünü yazıb.

İsraildə təhlükəsizlik idarələrinin rəhbərlərinin bu məsələdə həmfikir olduqları bildirilən xəbərdə, “ölkə düşmənlərinin” İsrailin hərbi çəkindirmə qabiliyyətinin aşağı düşdüyü və son dəyişikliklərlə bağlı fərziyyələrə əsaslanaraq, ölkənin tənəzzülə uğradığını düşündüyü bildirilir.

Yüksək səviyyəli təhlükəsizlik rəsmisi İranın bütün cəbhələrdə, xüsusilə İordan çayının qərb sahilində gərginliyi artırmağa çalışdığına və son aylarda müttəfiq təşkilatları silahla təmin etdiyinə diqqət çəkib.

İranın nüvə fəaliyyətlərindən danışan rəsmi, "Tehran rəhbərliyinin 90 faiz zənginləşdirilmiş uran istehsal etməsinə 2 və ya 3 həftə qalıb" deyərək xəbərdarlıq edib.

Qeyd edək ki, ədliyyə naziri Yariv Levin yanvarın 5-də Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və məhkəmə, hakimlərin seçimi üzərində təsirini azaldacaq “məhkəmə islahatları” planlaşdırdıqlarını açıqlayıb.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin ədliyyə orqanlarının bəzi səlahiyyətlərinin Parlamentə ötürülməsi istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.

Hökumətin islahat paketi ölkənin bir çox yerində kütləvi etirazlara səbəb olub.Baş nazir Netanyahunun məhkəmə islahatlarına qarşı çıxan müdafiə naziri Yoav Qallantı istefaya göndərməsindən sonra ölkədə etirazlar da şiddətlənib. 

Ölkənin ən yüksək məhkəmə orqanı olan İsrail Ali Məhkəməsi, Məclis tərəfindən qəbul edilən qanunları konstitusiya layihəsi kimi qəbul edilən “əsas qanunlara” zidd olduğunu əsas gətirib ləğv etmək səlahiyyətinə malikdir.

Netanyahu hökuməti məhkəmə yeni islahatlarla Ali Məhkəmənin Parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətinin böyük ölçüdə əlindən alınacağını açıqlayıb.

Məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran və hakim təyinatlarında söz sahibi olmaq səlahiyyətini nəzərdə tutan hökumətin məhkəmə islahatı İsrail daxilində və beynəlxalq aləmdə birmənalı qarşılanmayıb.

Prezident İsaak Hersoqun tərəflərə “vətəndaş müharibəsi” barədə xəbərdarlıq edərək təqdim etdiyi alternativ qanun layihəsi də hökumət tərəfindən rədd edilib.

Davam edən müzakirələrə və reaksiyalara baxmayaraq, “məhkəmə islahatları” çərçivəsində “baş nazirin vəzifədən azad edilməsini çətinləşdirən” qanun layihəsi 23 martda parlamentdə qəbul edilib.

TAHİR

Peşə etikası

Son xəbərlər