
ABŞ-da 2024-cü il prezident seçkilərinə hazırlaşan Tramp ilk böyük mitinqini Texasda keçirib. Vako şəhərində keçirdiyi ilk rəsmi kampaniya mitinqində Tramp 2024-cü il seçkilərini “son döyüş” kimi qiymətləndirib və ona qarşı irəli sürülən ittihamların öhdəsindən gələcəyini bildirib.
Ona qarşı yönəldilən ittihamlara toxunan Tramp, insanların bu iddiaları “absurd və ədalətsiz” hesab etdiyini bildirib və istintaqı aparan Ədliyyə Departamentini “Ədalətsizlik Nazirliyi” adlandırıb.
Donald Tramp xarici siyasətlə bağlı açıqlamalarında Rusiyanın Ukraynaya hücumlarına görə, ABŞ prezidenti Co Baydeni günahlandırıb. Çinin öhdəsindən gələ biləcəyini ifadə edən Tramp, həll ediləcək əsas məsələlərin Vaşinqtonda olduğunu deyərək, “Ya dərin dövlət Amerikanı məhv edəcək, ya da biz dərin dövləti” bəyanatını verib.
Təxminən saat yarım davam edən çıxışında Tramp respublikaçıların səslərinə can atan ehtimal rəqibi Florida qubernatoru Ron DeSantisi də günahlandırıb və seçkilərdəki səslərinin aşağı olduğunu iddia edib.
Seçicilərin Trampdan sonra ən populyarlıq namizəd kimi gördüyü DeSantisin yaxın aylarda Respublikaçılar Partiyasından 2024-cü il prezidentliyinə namizədliyini açıqlayacağı gözlənilir.
Tahir TAĞIYEV