10/06/2023 21:49
728 x 90

Ukraynadan Putinin yeni nüvə silahı qərarına reaksiya - Kreml Belarusu girov götürdü...

img

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oleksiy Danilov, Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəkləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Danilov Putinin bəyanatını Belarusda sabitliyin pozulmasına doğru atılan addım kimi qiymətləndirib.

Danilov deyib: “(Putinin Belarusda taktiki nüvə silahı ilə bağlı bəyanatı) Belarus cəmiyyətində Rusiya və Putin haqqında mənfi rəyi və ictimai narazılığı maksimum dərəcədə artırır. Kreml Belarusu nüvə məsələsində girov götürdü”.

Qeyd edək ki, Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlayıb: "Nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan bunu edəcəyik".

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər