10/06/2023 09:18
728 x 90

Almaniya 30 rus diplomatını ölkədən qovur, Rusiyanın da cavabı hazırdır...

img

Almaniya Xarici İşlər Nazirliyi 30-dan çox rusiyalı diplomatı ölkədən çıxarmağa hazırlaşır. Bu barədə Almaniyanın “Focus” jurnalı məlumat yayıb.

Jurnal yazır ki, Almaniya xarici işlər naziri Berlindəki 30-dan çox rusiyalı diplomatı ölkədən çıxarmağı planlaşdırır.

Təhlükəsizlik qüvvələrinə istinad edilən məlumatda, deportasiya edilməsi planlaşdırılan rus diplomatların toxunulmazlığından istifadə edərək gələcəkdə təxribat və dezinformasiya əməliyyatları həyata keçirmək üçün siyasət, biznes, elm və hərbi sahədə müəyyən adamları əməkdaşlığa cəlb etməkdə günahlandırıldığı qeyd edilib. 

Mövzu ilə bağlı "Sputnik"ə danışan Rusiya Xarici İşlər Nazirliyindəki mənbə isə artıq Moskvanın cavabının hazır olduğunu bildirib: “(Almaniya Xarici İşlər Naziri Annalena) Berbokun casus asılılığı var. Berlinin bu addımlarına sərt cavabımız hazırdır. Bu Berbokun xoşuna gələcək”.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər