10/06/2023 21:26
728 x 90

Rusiya Qara dəniz üzərində vurduğu ABŞ PUA-nın qalıqlarını da ələ keçirdi...

img

Amerika mediası Rusiya döyüş təyyarəsinin müdaxiləsindən sonra Qara dənizə düşən ABŞ ordusuna aid MQ-9 Reaper PUA-nın qalıqlarının Rusiyanın əlinə keçdiyini iddia edib.

Qeyd edək ki, Vaşinqton və Kreml Krım sahillərində Qara dəniz sularına düşən PUA-nın qalıqlarını əldə etməyə çalışır.

Bəzi ekspertlər Rusiyanın düşmüş PUA-nı ələ keçirməsinin ABŞ-ın hərbi sirlərinin deşifrə edilməsinə səbəb ola biləcəyini, digərləri isə PUA-nın düşməzdən əvvəl ABŞ tərəfindən bütün proqram təminatı və hərbi sirr məlumatlarının silindiyi qənaətindədirlər. 

Amerika hərbi gəmilərinin Ukrayna müharibəsi səbəbindən bağlanmış boğazlardan Qara dənizə çıxmaq imkanı yoxdur. Buna görə də ABŞ-ın PUA-nın bütün proqram təminatını və hərbi məxfi məlumatlarını silməsi ehtimalı yüksəkdir.

Yenə də rusların qalıqları əldə etmək istədikləri məlum faktdır. Hətta "New York Times" qəzeti iddia edir ki, Rusiya PUA-nın Qara dənizə düşmüş parçalarını əldə etməyi bacarıb.

Bildirilir ki, pilotsuz uçuş aparatının vurulmasından 8 saat sonra Rusiya hərbi gəmi və təyyarələrindəki şəxsi heyətin radio danışıqları deşifrə edilib. Bu səs yazılarına görə, Rusiya PUA-nın mühərrik qutusu, burnu, qanadları və yanacaq çəni kimi hissələrini ələ keçirib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər