10/06/2023 09:03
728 x 90

Şimali Koreyada ABŞ-la müharibə hazırlıqları başladı - orduya qoşulanların sayı 1,4 milyonu keçdi

img

Koreya yarımadasında gərginlik düşmür. Şimali Koreyada yüz minlərlə insan Birləşmiş Ştatlarla döyüşmək üçün orduya cəlb olunub. 

Dövlət televiziyası ABŞ-a qarşı döyüşmək üçün orduya gedən və ya qeydiyyatını yeniləyənlərin sayının 1 milyon 400 mini keçdiyini açıqlayıb.

Qeyd edək ki, həftəsonu ABŞ və Cənubi Koreyaya qarşı keçirilən nüvə hücumu ssenarisi ilə hərbi təlimi Şimali Koreya lideri Kim Çen Inın da izləyib.

ABŞ və Cənubi Koreya orduları da regionda son illərin ən əhatəli təlimini davam etdirir. Cənubi Koreyanın paytaxtı Seuldan 65 kilometr aralıda keçirilən təlimə Şimali Koreya sərt reaksiya verib. 

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər