
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
AKP Qrup sədri İsmət Yılmaz, partiya sədinin müavini və seçki işləri üzrə məsul Əli İhsan Yavuz, MHP Qrup sədr müavini Erkan Akçay və MHP sədrinin seçki işləri üzrə müavini Feti Yıldız Ərdoğanın 14 may seçkilərində namizədliyi sənədini Komissiyaya təqdim edib.
MHP Qrup sədr müavini Akçay, "Cənab Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə MHP-nin prezidentliyə namizədidir. Bu qərarın ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirik" deyib.
AK Partiya Qrup sədri İsmət Yılmaz isə, "Xeyrli olsun. Allah millətimizin yolunu açıq etsin" deyib.
Qeyd edək ki, MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi 23-dək davam edəcək.
Tahir TAĞIYEV