10/06/2023 07:18
728 x 90

ABŞ-da "Tramp" həyəcanı - Polis keçmiş prezidentin həbs olunma ehtimalına qarşı hazır vəziyyətə gətirildi

img

Son zamanlar ABŞ məhkəmələri ilə problem yaşayan keçmiş prezident Donald Trampa qarşı bu gün 130 min dollarlıq “susmaq payı” iddiasına baxılır. Bu yaxınlarda ölkədəki tərəfdarlarını etiraz aksiyalarına çağıran və həbs oluna biləcəyini deyən Trampın məhkəməsində işlər onun üçün heç də yaxşı getmir.

Tramp tərəfdarlarının etiraz ehtimalına qarşı ölkədə təhlükəsizlik ən yüksək səviyyədə çatdırılıb. Bununla yanaşı məhkəmə Trampın narahatlığını artıracaq daha bir qərar çıxarıb. İş üzrə bəzi şahidlərin dindirilməsini istəməyən və bunun qarşısını almağa çalışan Tramp mübarizəni uduzub. AP xəbər verir ki, hakim Lyuis Kaplan əsas şahidlərin ifadə verməsinə icazə veriləcəyinə qərar verib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu yaxınlarda tərəfdarlarını etiraza çağırıb. O, bu gün keçirilən məhkəməsində həbs olunma ehtimalının olduğunu bildirib.

Trampın iddiası Konqresdə Respublikaçılar və Demokratları da üz-üzə qoyub. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp həbs olunacağı təqdirdə Nyu-Yorkda baş verəcək nümayişlərə qarşı geniş hazırlıqlar görülür. Nyu Yorkda çevik polis qüvvələlərinin 700 əməkdaşı hazır vəziyyətə gətirilib. Ştatın rəhbərliyi də ola biləcək etirazlara qarşı növbədənkənar toplantılar keçiriblər. Rəsmilərin Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşmalardan narahat olduğu bildirilir.

TAHİR

Peşə etikası

Son xəbərlər