
Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlərin sayı 50 mini keçib. Bununla bağlı AFAD başçısı Yunus Sezer açıqlama verib.
Y.Sezer zəlzələdə ölənlərin sayının 50 min 96, yaralananların 107 min 204 nəfər olduğunu bildirib.
Qeyd edək ki, qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb olub.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə minlərlə bina dağılıb.
TAHİR