10/06/2023 21:30
728 x 90

Putin müharibə başlayandan bəri ilk dəfə Ukrayna ərazisində...

img

2022-ci il fevralın 24-də Ukraynaya hücum əmri verən Rusiya lideri Vladimir Putin müharibə başlayandan bəri ilk dəfə ələ keçirilən ərazilərə səfər edib.

Putin ötən ilin yazında rus qoşunları tərəfindən tutulan Mariupol liman şəhərinə qəfil səfər edib. Azov dənizinin sahilində yerləşən Mariupol Rusiya üçün Krımla quru əlaqəsinin qurulduğu cənub cəbhəsində həyati mövqedə yerləşir.

Ukrayna qüvvələrinin, həftələrlə davam edən müqavimətdən sonra Avropanın ən böyük dəmir-polad zavodu olan Azovstalda təslim olmasından sonra Mariupol may ayında rusların əlinə keçib.

Rusiya lideri əvvəlcə helikopterlə liman şəhəri üzərində uçub. Rusiya ordusunun “Zvezda” televiziyası tərəfindən yayımlanan videoda Putinin gecə yarısı Mariupol küçələrində maşın sürdüyü, sonra isə konsert salonuna getdiyi görünür.

Putin maşın sürərkən onun yanında Rusiya baş nazirinin müavini Marat Kusnulin olub. Kusnulin Putinə şəhərin bərpasından danışıb. Putin şənbə günü 2014-cü ildə ələ keçirdiyi digər Ukrayna ərazisi olan Krım yarımadasına da səfər edib.

Kremldən verilən açıqlamada Putinin Azov dənizi sahilində Mariupola işgüzar səfər etdiyi bildirilib.

Peşə etikası

Son xəbərlər