Cümə günü, 08 may 2026
     

İran mollalarının yeni "qadın qadağaları" - əndazəni aşdılar...

Image


İran hökuməti ölkədə məcburi hicab qanununu həyata keçirmək üçün yeni təkliflər irəli sürüb. Təkliflərə hicab qaydasına əməl etməyən qadınların tapılaraq cəzalandırılmasından ötrü müşahidə kameralarından istifadə də daxildir.

Bütün bunlar ötən ilin sentyabrında gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı və bundan sonra aylarla davam edən etirazlar fonunda baş verir.

Hələ də davam edən etirazlar fonunda  İran parlamentinin iclasında mədəniyyət komissiyasının üzvü Bijan Nobaveh deyib ki, qurum hicabla bağlı yeddi yeni qayda təklif edib, rəhbərlik onları qəbul edib və təkliflər Milli Təhlükəsizlik Şurasında müzakirə olunub. Yeni təkliflərdə fiziki cəza nəzərdə tutulmur. Qaydanı pozanlar öncədən müəyyənləşdirilmiş cədvəl əsasında cəzalandırılacaqlar. Müşahidə kameralarından ictimai yerlərdə hicab bağlamayan qadınların aşkarlanması üçün istifadə olunacaq, qaydanı pozanlar mobil telefon və internet əlaqəsinin kəsilməsi daxil olmaqla müxtəlif cür cəzalandırılacaq. Dəlil toplamaq və qaydanı pozanların müəyyənləşdirilməsi ilə polis və ədliyyə orqanları məşğul olacaq. Mağaza sahibləri və ticarət mərkəzləri kimi biznesləri idarə edənlər qaydaların həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqlar. Rəsmilər bəzi “qayda pozanlar”ın biznesini möhürləyir. Bu həftə Kaşan və Tehranda “Saray Ameriha” oteli, Almas Kommersiya Ticarət Kompleksi işəgötürənlərin məcburi hicab qanununa əməl etməməsi əsas gətirilərək bağlanıb. Xatırladaq ki, İranda hicab 1979-cu il islam inqilabından sonra yaşı 9-dan yuxarı qızlar və qadınlar üçün məcburi elan edilib. Ancaq qadınlar illər boyu bu qaydanın hüdudlarından kənara çıxıb, rəsmilər isə buna göz yumub. 22 yaşlı Məhsa Əmini ötən il sentyabrda polisdə vəfat edəndən sonra etirazlar başlanıb, sonradan miqyası böyüyüb. On minlərlə iranlı küçələrə çıxaraq dini isteblişmentə etirazını bildirib. Təhlükəsizlik qüvvələri isə etirazçılara divan tutub, minlərlə insan saxlanıb, bəzilərinə ölüm cəzası kəsilib. İnsan haqları qrupları etirazlarda azı 500 nəfərin öldürüldüyünü deyir. Bu arada isə  İranda təhlükəsizlik xidmətləri bir videoklipdə rəqs etdikləri görünən gənc qızların kimliyini müəyyənləşdirməyə çalışır. Yerli mənbələrin verdiyi məlumata görə, video internetə Tehranın Ekbatan məhəlləsindən yüklənib. Nigeriyalı müğənni Remanın mahnısının sədaları altında rəqs edən qızların videosu martın 8-də - Beynəlxalq Qadınlar Günündə dərc olunub. Videonun Ekbatan məhəlləsindəki 13 nömrəli binanın həyətində çəkildiyi məlumdur. Sosial media platformalarında yayılan video İranda və onun xaricində böyük marağa səbəb olub. Həmin məhəlləyə aid Ekbatan adlı “Twitter” hesabından yazılmış bir postda xəbərdarlıq edilir ki, sözügedən qızlar həbs edilə və ya pis rəftara məruz qala bilərlər. Həmin postda bu da qeyd olunur ki, təhlükəsizlik qüvvələri qızların kimliyini müəyyənləşdirmək məqsədilə 13 nömrəli binanın kameralarının yazılarını araşdırır. Bu da xəbər verilir ki, rəqs edən qızların videosunu ilk dəfə dərc etmiş “Instagram” hesabı da hazırda işləmir. Qeyd edək  ki, Ekbatan məhəlləsi son 6 ayda Tehranda davam edən etiraz aksiyalarının bir növ episentri olub. Təhlükəsizlik qüvvələri paytaxtın məhz bu məhəlləsində etirazları yatırmaq üçün son üç ayda çoxsaylı reydlər keçirib. Burada həyata keçirilmiş kütləvi həbslərə baxmayaraq, müxtəlif formada etiraz aktları davam edir.

İndi hesab edilir ki, rejimin hicabla bağlı yeni qadağaları İranda aksiyaları yenidən alovlandıra bilər. Hökumət tərəfindən daha sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab tələblərinə məhəl qoymayan qadınlar, cərimə və həbs cəzalarına baxmayaraq, artıq azad olmaq istədikılərini bəyan edirlər. İranın hər yerində parklarda, küçələrdə və dəniz kənarında hicabsız videolarını paylaşzn qadınlar hakimiyyətdə olan kişilərə müraciət edib: "Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsüz. Bizi zəif və kövrək görürsüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün bizi başımızı örtməyə məcbur edirsiniz". İran hüquq müdafiəçisi Nəsrin Sutudə isə bildirir ki, edam təhlükəsinə, repressiyalara baxmayaraq, İran xalqının bu rejimə nifrəti, onu dəyişmək istəyi ara vermir. Hüquq müdafiəçisi qeyd edib ki, 8 aydır sürən etiraz aksiyaları Tehran rejiminin mövqeyini dəyişməyib: “Bununla belə, qadınlar itaətsizliyi davam etdirirlər”. O, cəmiyyətin İrandakı mövcud sistemi dəyişməsini tələb etdiklərini vurğulayaraq, İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin də bu məqsədlə referendumun keçirilməsini tələb etdiyini bildirib. Bu fonda İran qadınları “Qadın, həyat, azadlıq!” deməklə rejimin qoyduğu qaydalara, qadağalara qarşı çıxır. Onların haqlı tələbləri parlamentdə müzakirə olunmur. Əvəzində, yuxarıda qeyd edidiyi kimi, parlamentdə yeni cəfəng tələblər gündəmə gətirilir. Hesab edilir ki, İran rejimi dəyişmədiyi müddət ərzində burada qadınlara, digər cəmiyyət üzvlərinə münasibətdə hüquqların pozulması davam edəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

08.05.2026 / 08:58
İrana gecə hücumu - ABŞ Bəndər Abbası və Qeşm adasını vurdu...

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

07.05.2026 / 21:30
Nyu-Yorkun müsəlman merinin anti-Azərbaycan çıxışının əsl səbəbi...

07.05.2026 / 20:48
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsri “paslanmış hay silahları”...

07.05.2026 / 20:35
Şərəfli ömür yolu...

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:20
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:54
Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turniri keçirildi

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

07.05.2026 / 13:21
Tramp İrana qarşı əməliyyatın ikisindən də imtina etdi - müharibə bitmiş sayıla bilər...(?)

07.05.2026 / 13:07
Xəzərdə 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

07.05.2026 / 12:52
Trampın növbəti şübhəli əməliyyatı - "Hörmüzsüz blokada" az uğurlu görünür...

07.05.2026 / 12:22
Rubionun “Əzəmətli qəzəb” bitdi” bəyanatı Trampa təzyiq idi?..

07.05.2026 / 12:04
“EFES - 2026” çoxmillətli təlimi davam edir... - FOTO

07.05.2026 / 11:50
Obama İrana qarşı “Netanyahu-Tramp qəsdini” ifşa etdi...

07.05.2026 / 11:10
Müxalifət İlham Əliyevə görə Paşinyanı sərt ittiham edir -“Niyə ona meydan verdin”...

07.05.2026 / 10:45
OPEC-in neft hasilatı son 36 ildə ən aşağı səviyyəyə düşdü – Küveytdən ixrac tam dayandı...

07.05.2026 / 10:31
Rusiya Azərbaycan ərazisi ilə Ermənistana taxıl və alüminium göndərdi...

07.05.2026 / 10:08
Rusiyadan xarici ölkələrə 9 May xəbərdarlığı - diplomatlarınızı dərhal Kiyevdən təxliyə edin..

07.05.2026 / 09:53
FIFA-dan “Neftçi”yə transfer qadağası...

07.05.2026 / 09:40
Sahibə Qafarova Monteneqroya səfər edib

07.05.2026 / 09:01
Zəngəzur dəhlizinin alternativi yaradılır...

07.05.2026 / 08:53
İsrail Beyrutu vurdu – “Hizbullah”ın yüksək rütbəli komandiri öldürüldü...

06.05.2026 / 23:41
Makronun naziri özünü həyasızlığa qoyaraq Azərbaycana böhtan atdı... XİN-dən də tutarlı cavab aldı...

06.05.2026 / 23:28
67 günlük müharibəni bitirmək üçün 14 maddəlik təklif – Tramp İrana bir həftə vaxt verdi, əks halda...

06.05.2026 / 23:23
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı...

06.05.2026 / 22:10
ABŞ Oman körfəzində İrana məxsus neft tankerini vurdu...

06.05.2026 / 21:45
Ağır cinayətdə ittiham edilən şəxsə cəmi 7 il cəza tələbi? – Baş Prokurorluq açıqlama yaydı...

06.05.2026 / 20:53
Paşinyandan Koşta və Leyenə üz-üzə mesaj - “Biz Əliyevlə ikilikdə daha yaxşı çalışırıq”...

06.05.2026 / 20:27
Zelenski Prezident İlham Əliyevə zəng etdi

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ