Bazar günü günü, 08 noyabr 2026
     

İranda anti-molla üsyanı misilsiz vüsət aldı...

Image


İran rejiminin bütün cəhdlərinə baxmayaraq, hələ də ölkədə etiraz aksiyalarının, milli xarakterli çağırışların qarşısını almaq mümkün olmayıb. Bu fonda sosial mediada paylaşılan videolarda  Təbriz stadionunda futbol matçı zamanı “Traktor” komandasının tərəfdarları tərəfindən “Azadlıq, ədalət, milli hökümət” şüarının səsləndirildiyi görünür.

Keçən sentyabr ayında İranda baş qaldıran kütləvi etirazlardan sonra, xüsusilə Güney Azərbaycanda populyarlaşan şüar Təbrizin “Traktor” və Kirmanın “Mis” komandaları arasındakı matç zamanı səsləndirilib. “Azadlıq, ədalət, milli hökümət” şüarı ilk dəfə 2021-ci ilin iyul ayında İranın ərəb icmasının yaşadığı Əhvaz bölgəsindəki su qıtlığı ilə əlaqədar etirazlara dəstək məqsədilə Təbrizdə keçirilən aksiyalar zamanı populyarlaşıb. Şüar, İran Azərbaycanından əlavə, ölkənin digər bölgələrində yaşayan türklərin də diqqətini çəkib. Keçən ilin oktyabr ayında Şirazda Qaşqay türklərinin tanınmış alimi Əsədullah Mərdani Rəhiminin dəfn mərasimində bir qrup Qaşqay türkü eyni şüarı səsləndirib. İranda “türk kimliyinin simvolu” kimi tanınan Təbrizin “Traktor” futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib. Eləcə də “Urmiyə gölünün qurudulması” və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər. Xalqın artan narazılığı fonunda, son məlumatlara əsasən, İranı yenidən kütləvi aksiyalar bürüyüb. Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək, hakimiyyətdə təmsil olunan şəxslərin deyil, bütövlükdə İranın siyasi quruluşunun dəyişməsini tələb edirlər. Ötən ilin sentyabrında 22 yaşlı gənc qızın polis zorakılığına məruz qalaraq həyatını itirməsindən sonra etiraz aksiyası keçirən insanlar qadınlara azadlıq istəyərək diktatorun istefasını tələb edirdilərsə, bu gün bu tələblər dəyişib. Siyasi müşahidəçilər hesab edirlər ki, aksiyaların ilk günlərində hakimiyyət qan tökməklə insanları qorxudub yerinə oturdacağını düşünürdü. Çünki inqilabdan sonra İranın siyasi həyatında insanların haqlı tələblərinin qarşısını qan tökməklə almaq təcrübəsi var. Bu təcrübədən istifadə və insanları xarici dövlətlərin casusu adlandırmaq, eyni zamanda, siyasi məhbusları edam etmək heç də ictimai-siyasi sabitliyin bərqərar olmasına deyil, onun tamamilə pozulmasına gətirib çıxardı. Bu gün İran hakimiyyəti ictimaiyyətdə tanınmış və nüfuza malik olan şəxsləri həbs edir ki, bu da insanlarda hakimiyyətə qarşı nifrət hissi oyadır. Məsələn, Tehran Universitetinin professoru sosioloq Məhəmməd Zəbəkalımın sosial şəbəkələrin birində status yazdığına görə həbs edilməsi tələbələrin kəskin etirazına səbəb olub. Məhkəmə tələbə etirazından çəkinərək professoru azad etmək məcburiyyətində qalıb. Onun günahi isə, sadəcə olaraq, İranda islahatların keçirilməsinin zəruriliyini bildirməsi idi. Bütün bunlardan başqa, İrana qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi sosial vəziyyəti daha da gərginləşdirib. Qiymətlərin sürətlə artması və inflyasiyanın səviyyəsinin hər gün yüksəlməsi ailələrin, necə deyərlər, var-yoxdan çıxmasına səbəb olub. ABŞ dollarının kursunun artmasının qarşısını iqtisadi tədbirlərlə almaq əvəzinə, hakimiyyət insanların gözünə kül üfürərək, bankdan kənarda dollar mübadiləsi ilə məşğul olub cüzi qazanc əldə edənləri tutur və görüntü yaratmaq xatirinə səs-küylü məhkəmə prosesləri keçirərək, xalqa dolların kursunu yüksəldən şəxslərə qarşı mübarizə apardığını göstərməyə çalışır.

Yuxarıda qeyd edildiyi kimi, artıq yeddinci aydır davam edən aksiyalarda tələblər də dəyişib. İranda kütləvi aksiyaların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Görünən odur ki, İran bundan sonra çətin özünə gəlib, regionda hegemonluq etmək iddiasinı davam etdirə bilsin. İranda hakimiyyətin həyata keçirdiyi həbslər, edamlar və xarici dövlətləri ittiham etmək vəziyyəti nəinki düzəltməyəcək, əksinə, daha da mənfi istiqamətə yönəldəcək. İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində Forumunda “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı məsələnin bu tərəfinə toxunarkən qeyd edib: “İran beynəlxalq ictimaiyyətə yalan danışır. Hətta onlar öz insanlarına belə yalan danışır. İranda olan xaos artıq 7 aydır ki, davam edir. Biz görürük ki, İranda qadınlar məktəblərdə zəhərlənir. Oradakı qadınlar azadlıq istəyir. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənlərə, etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır”. Bu arada onu da xatırladaq ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verir. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. Rejim buna qarşı mübarizə apardığını bildirsə də, ortada real nəticə yoxdur. Bu da əhalini getdikcə daha çox qəzəbləndirir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ