20/03/2023 22:12
728 x 90

Rusiya Ukraynanın Vuhledar şəhərinə “ölüm bombası” yağdırdı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

img

Rusiya-Ukrayna müharibəsinin birinci ildönümünü geridə qoydu. Ukraynanın şərqindəki gərgin döyüşlər indi əsasən Bahmut və ətrafında gedir.

Ukraynanın Vuhledar şəhərində çəkilən bir son görüntü şəhərdəki dəhşəti gözlər önünə sərir. Vuhledar, Baxmutdan təxminən 60 mil şimalda bir təpədə yerləşən mühüm mədən şəhəridir.

Rusiya şəhərdə dəhşət saçan silahlardan istifadə etməyə başlayıb. Göydən “ölüm” yağdıran hücumda istifadə edilən termit bombaları Qrad və ya Smerç kimi Rusiya raket qurğuları tərəfindən atılır.

Termit bombasında metal tozu və metal oksidin qarışığı olan termitdən istifadə edilir. Dəmir və poladı əridəcək qədər isti olan termit bombaları insan bədəni ilə təmasda olduqda sümüyü belə əridə bilir. Diqqətlə seçilmiş strateji hədəflərdən daha çox geniş ərazilərə təsir etdiyi üçün onlar ayrı-seçkiliksiz müharibə silahları kimi tanınırlar. Termit bombası Rusiyanın arsenalında ən qəddar silah kimi qəbul edilir. "Human Rights Watch" təşkilatına görə, bu cür bombalar “ömür boyu sağalmaz ağrı və çapıqlara” səbəb ola bilər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər