01/04/2023 23:33
728 x 90

Lavrovdan Gürcüstana “yeni Ukrayna” təhdidi - Qərb hökuməti devirmək üçün qanunu bəhanə edir...

img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstandakı hökumət əleyhinə etirazları 2014-cü ildə Ukrayna etirazlarına bənzədib. Hökumət əleyhinə aksiyalarda iştirak edən fəalları “xarici agent” olmaqda ittiham edib.

 

“Etiraz aksiyaları Kiyev Meydanında baş verənlərə bənzəyir. Onlar xaricdən təşkil olunub” - Lavrov deyib.

Tiflisdəki etirazların Qərb tərəfindən Rusiya sərhədində qarışıqlıq yaratmaq üçün təşkil edildiyini iddia edən Lavrov deyib ki, hökuməti devirmək üçün qanun dəyişikliyini bəhanə edirlər. 

Qeyd edək ki, Gürcüstanda xarici KİV-lərin ölkədə fəaliyyətini məhdudlaşdıran tənzimləmə etirazlara səbəb olub. Fəallar bunun mətbuat azadlığına və vətəndaş cəmiyyətinə təhlükə yaradacağından narahatdır. Avropayönlü Gürcüstan vətəndaşlarının etirazından sonra qanunvericiliyə dəyişiklik tələbindən imtina edilib.

Rusiya ordusu 2008-ci ildə Gürcüstanın şimalını işğal edib.

Ukraynada 2014-cü ildə Moskvayönlü hökumətin Avropa Birliyi ilə razılaşmalarını dayandırdığı zaman Qərb tərəfdarları küçələrə axışmışdı. Maydan hadisələri kimi tanınan hərəkat hakimiyyətin devrilməsinə, ardınca Rusiyanın Krımı və Donbası işğal etməsinə səbəb oldu.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər