02/04/2023 00:05
728 x 90

Avropa ölkəsindən sərxoş sürücülərə ilginc cəza - avtomobilləri Ukraynaya bağışlanacaq...

img

Avropa ölkəsi Latviya Ukraynanın Rusiyaya qarşı müharibəsini dəstəkləmək üçün maraqlı qərar qəbul edib. Belə ki, sərxoş sürücülərin müsadirə edilən avtomobilləri dəstək məqsədilə Ukraynaya göndəriləcək. BBC-nin verdiyi məlumata görə, təxminən 1,9 milyon əhalisi olan Latviya Avropada sərxoş vəziyyətdə avtomobil idarə edənlərin ən çox olduğu ölkə kimi seçilir.

2022-ci ildə ölkədə qanında alkoqolun həddi 0,5%-i keçən 4300 sürücü qeydiyyata alınıb. Elə həmin il Latviya hökuməti sərxoş sürücülərə qanında alkoqolun miqdarı qanuni limitdən üç dəfə çox olan sərxoş sürücülərə avtomobillərini müsadirə edib satmağa icazə verən qanun qəbul edib. Lakin Latviya hökuməti o qədər çox avtomobili müsadirə edir ki, onları kifayət qədər tez hərraca çıxara bilmir və depolar maşınlarla doldurur.

Təkcə 2023-cü ilin ilk iki ayında ölkədə 200 nəqliyyat vasitəsi müsadirə edilib. Hədiyyə edilən avtomobilləri Ukraynanın cəbhə bölgələrinə çatdıran və ya təcili tibbi yardım maşınları kimi istifadə edilməsini təşkil edən “Twitter Convoy” QHT-dən təklif aldıqdan sonra hökumət ölkənin Rusiya işğalına qarşı müqavimətini dəstəkləmək üçün müsadirə edilən maşınları Ukraynaya göndərmək qərarına gəlib. Müsadirə edilən Latviya maşınlarının ilk partiyası bu həftə Ukrayna cəbhə xəttinə çatıb. Latviya hər həftə müsadirə edilən onlarla avtomobili Twitter konvoyuna bağışlamağı planlaşdırır.

“Heç kim bu qədər insanın sərxoş halda maşın sürəcəyini gözləmirdi. Müsadirə olunmuş maşınları insanların içdiyi qədər tez bir müddətdə sata bilmirlər. Ona görə də mən onları Ukraynaya göndərmək fikrini irəli sürdüm” - Twitter Convoy-un qurucusu Reinis Poznaks "Reuters"ə müsahibəsində deyib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər