Texas ştatının respublikaçı deputatı Bryan Slaton, ştatın ABŞ-dan müstəqilliyinin "mümkünlüyünü araşdırmaq" üçün referendum keçirə biləcək qanun layihəsi təklif edib.
Ştat nümayəndəsi Slatonun Twitter-də paylaşdığı qanun layihəsi rəsmi olaraq "Texas Müstəqillik Referendum Aktı" və ya qısaca "Texit" adlanır.
Qəbul olunarsa, Texasın "müstəqil dövlət statusunu yenidən təsdiqləməsi" ilə bağlı referendum 7 noyabr 2023-cü ildə keçiriləcək.
Slaton yazır ki, Texas konstitusiyasına əsasən, “bütün siyasi hakimiyyət xalqın əlindədir”: “Federal hökumətin hüquq və azadlıqlarımızdan onilliklər boyu sui-istifadə etməsindən sonra Texas əhalisinə öz səslərini eşitdirməyin vaxtı çatıb”.
Qeyd edək ki, ştatın ABŞ-dan ayrılması təklifi ilk dəfə deyil. 2021-ci ildə Respublikaçılar Kyle Biedermann və Jeff Cason da oxşar qanun layihəsini təqdim ediblər. Slaton bu ilk təklifin qəbul edilmədiyini xatırladıb.
Texas müəyyən qrupların müstəqillik uğrunda mübarizə apardığı yeganə ABŞ ştatı deyil. Alyaska, Kaliforniya, Havay, Nyu-Hempşir və Vermont da ABŞ-dan ayrılmaq üçün hərəkətlilik müşahidə edilir.
Tahir TAĞIYEV