Bazar günü günü, 13 sentyabr 2026
     

ABŞ və İsrail İranın nüvə təhdidini neytrallaşdırmaq üçün hərəkətə keçir

Image


Bu günlərdə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə fəaliyyətləri ilə bağlı mühüm məlumatlar açıqlayıb. Qurum  İranda yüksək zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyini bildirib.

Qeyd edilir ki, müfəttişlər İranın yeraltı Fordo müəssisəsindəki iki mərhələli IR-6 sentrifuqasının əvvəllər elan ediləndən əhəmiyyətli dərəcədə fərqli şəkildə konfiqurasiya edildiyini, oradan alınan nümunələrdə 83,7% təmizliyə malik hissəciklərin olduğunu aşkar ediblər. Məlumatda o da bildirilib ki, məsələyə aydınlıq gətirmək üçün agentliklə İran arasında danışıqlar davam edir. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays MAQATE-nin İranın Fordo Nüvə Mərkəzində 83,7% zənginləşdirilmiş uran hissəciklərinin aşkar edilməsi barədə məlumatından sonra ABŞ-ın heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini deyib: “ABŞ prezidenti Co Baydenin İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair ciddi və qəti öhdəliyi var. Biz buna heç vaxt imkan verməyəcəyik”. İranın nüvə proqramı problemini qalıcı şəkildə həll etməyin yolunun diplomatiyadan keçdiyini təkrarlayan Prays bildirib: “İranın nüvə proqramının yaratdığı problemə qalıcı bir həll tapmaq istəyirik. Biz inanırıq ki, buna nail olmağın ən effektiv yolu diplomatiyadır. Amma İranın əsla nüvə silahına sahib olmamasını təmin etmək üçün lazım olan nə varsa, onlardan istifadə edəcəyimiz barədə çox dəqiq siyasətimiz var”. Prays bu məsələdə  ABŞ-ın Avropa və Orta Şərqdəki müttəfiqləri ilə sıx əlaqədə olduğunu da bildirib. Belə br vaxtda bəlli olub ki, ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Ağ Evin rəsmi saytında dərc olunan iki ölkənin birgə bəyanatında bu xüsusda qeyd olunub: “Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla təhlil ediblər və İsraillə ABŞ arasında təhlükəsizlik sahəsindəki çoxillik tərəfdaşlığın daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsbit ediblər. Bununla bağlı vəzifəli şəxslər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İranın regionda düşmənçilik fəaliyyətindən çəkindirmək üçün tədbirlərin koordinasiyasını gücləndirməyi öhdələrinə götürüblər”. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, İsrailin strateji planlaşdırma naziri Ron Dermer və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Saxi Haneqbinin iştirakı ilə ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-İsrail Strateji Məsləhət Qrupunun keçirilən toplantısının yekununa dair verilən bəyanatda daha sonra qeyd olunub: Tərəflər həmçinin ABŞ Silahlı Qüvvələri ilə İsrail Müdafiə Qüvvələri arasında keçirilən son birgə təlimlərin nəticələrini də müzakirə ediblər. Görüş zamanı hər iki tərəf “İsrailin təhlükəsizliyini və Yaxın Şərq regionuna siyasi inteqrasiyasını daha da dərinləşdirmək üçün səyləri” baxışdan keçirib. Sallivan, ABŞ prezidenti Co Baydenin  2022-ci ilin iyulunda İsrailə səfəri zamanı imzalanmış ABŞ-İsrail Strateji Tərəfdaşlığa dair Qüds Birgə Bəyannaməsində ifadə edildiyi kimi, prezident Baydenin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini təsdiq edib”.

Belə şəraitdə istisna olunmur ki, İranın nüvə obyektlərini sıradan çıxarmaq üçün ABŞ və İsrail birgə hərbi əməliyyat keçirsinlər. Rusiyalı siyasi şərhçi Sergey Markov bu fonda bildirib ki, proses uranın lazım olan həddə zənginləşdirilməsi ilə yekunlaşmır, həm də onu raketə düzgün yerləşdirmək tələb olunur: “Atom bombası balaca fabrikdir. O balaca məkanda partlayış baş verir. Uran elə güclü sıxılmalıdır ki, davamlı olaraq zəncirvari nüvə reaksiyası getsin. Nüvə partlayışı da elə budur. Bu, kifayət qədər mürəkkəb texnologiyadır. O ki qaldı zənginləşdirilmiş urana, bu, təkcə texnologiya deyil, həm də siyasi iradə məsələsidir. Uranın zənginləşdirilməsi çoxlu sayda sentrafuqalarda baş verir. Bu, fırlanan, paltaryuyan maşına bənzəyən bir avadanlıqdır. Fraksiyalar (distillə edilən maye qatışığının ayrıldığı hissəciklər) çökür, fırlanma vasitəsi ilə ayrılır. Yüksək həddə zənginləşdirilməsi üçün çoxlu belə sentrafuqalar lazımdır. Beləliklə, uranı zənginləşdirmək üçün bunlara ehtiyac var: əldə olunan texnologiyaların inkişaf edilməsi, çoxlu sayda sentrafuqalar və siyasi iradə. Heç bir şübhə yoxdur ki, İran artıq bunu əldə edib”. Məsələ ilə bağlı Türkiyənin “Yeni Şafak” qəzeti yazır: “ABŞ-ın Rusiya və Çinə qarşı son vaxtlar artan siyasi və hərbi təzyiq siyasətinə İranı da daxil etdiyini göstərən əlamətlər var. ABŞ rəhbərliyinin və keçmiş rəsmilərin ötən həftə uranın zənginləşdirilməsi və terror təşkilatı “Əl-Qaidə” ilə bağlı Tehranı hədəf alan açıqlamalarından sonra ABŞ müdafiə naziri Lloyd Ostinin Yaxın Şərq turunun əsas gündəminin İran olacağı bildirilib. Ostinin səfəri ilə bağlı jurnalistlərə açıqlama verən yüksək rütbəli bir ABŞ müdafiə rəsmisi İranın onun gündəminin birinci bəndi olduğunu bildirib. ABŞ-ın müdafiə büdcəsinin gizli fəaliyyətlər çərçivəsində İrana qarşı mümkün əməliyyat üçün vəsait ayırması ilə bağlı iddialar barədə suala rəsmi cavab verib: “Nazir Ostinin vəzifəsi, prezidentin başqa variantlara ehtiyacı olduğu halda Müdafiə Nazirliyinin etibarlı variantlar təklif etməsini təmin etməkdir”.  Amerikanın “The Intercept” xəbər saytı Pentaqonun illik müdafiə büdcəsindəki gizli müdafiə xərcləri çərçivəsində İrana qarşı mümkün hərbi müdaxilə üçün vəsait ayırdığını iddia edib”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı hər şeyi AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ