Bazar günü günü, 13 sentyabr 2026
     

İranda məktəbli qızların zəhərlənmə müəmması davam edir...

Image


İranın bir çox şəhəri ilə eyni vaxtda Güney Azərbaycanın müxtəlif şəhərlərində qız məktəblərinə zəhərləyici qazla yeni hücumlar qeydə alınır.

Son həftələr ərzində geniş vüsət almış bu cür hallara qarşı hökumət hələ də hansısa səmərəli tədbirlər görmür, cinayətkarlar tutulub məsuliyyətə cəlb olunmur. Belə bir vaxtda Güney Azərbaycanın şəhərlərində məktəblərdə qız şagirdlərin zəhərlənməsi ilə bağlı yeni xəbərlər yayılıb.

İran mediasında və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib. Şərqi Azərbaycanın təcili yardım şöbəsinin müdiri, doktor Cəfəri Ruhi 37 şagirddə zəhərlənmə əlamətlərinin müşahidə edildiyini və onların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığnı bildirib. Onun sözlərinə görə, martın 5-də səhər saat 10:30-a kimi 37 təbrizli qız zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Urmiyənin 2-ci bölgəsinin Təhsil İdarəsinin rəhbəri həmin şəhərdə bir məslək məktəbinin 11 tələbəsi və bir əməkdaşının zəhərləndiyini bildirib. Həmçinin Urmiyədə Universitet tələbələri olan qızların yataqxanasında 29 nəfərin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir. Ərdəbil vilayətinin şəhərlərindən olan Germi şəhərinin meri də bu şəhərin qız məktəblərində zəhərlənmə baş verdiyini bildirib. O deyib ki, 3 məktəbdə şagirdlər və məktəb işçiləri boğazda yanma və halsızlıq hissi ilə qarşılaşıblar. Bu rəsminin sözlərinə görə, şəhərdə 37 şagird və 3 müəllim zəhərlənib. Zəncanda da qız məktəblərinə zəhərli qazla hücum olub. Zəncan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbülfəzl Rəfii qeyd edib: “İlkin araşdırmaya görə, Zəncan şəhərindəki qız liseylərindən birinin 28 şagirdi tənəffüs yollarından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib”. Sosial mediada bəzi xəbər kanalları Şərqi Azərbaycan vilayətinin Şəbistər və Əcəbşir şəhərlərində də zəhərlənmə xəbərləri verir. Bəziləri ölkədə qız məktəblərinə və təhsil mərkəzlərinə edilən bu geniş kimyəvi hücumu ekstremist qruplaşmalarla əlaqələndirir. İran prezidenti İbrahim Rəisi ölkədə yüzlərlə məktəbli qızın zəhərlənməsinin “düşmənlərin” işi olduğunu, kəşfiyyat və daxili işlər nazirinə bu məsələni araşdırmaq üçün tapşırıq etdiyini açıqlamışdı. Lakin hələ də ortada nəticə yoxdur.  Həmçinin İran parlamentarilərindən birinin dediyinə görə, məktəblərdə azot qazı aşkarlanıb. Məsih Deneşvari Xəstəxanasının Reanimasiya şöbəsinin mütəxəssisi Məhəmməd Rza Haşimian “Hammihan” qəzetinə müsahibəsində məsələ ilə bağlı bildirib: “Tələbələri zəhərləmək üçün istifadə edilən qazlar bir neçə qazın və kimyəvi maddənin birləşməsindən düzəldilib və adi insanların onları əldə etməsi mümkün deyil”. Zəhərlənmə ölkənin 31 əyalətindən 10-da, azı 30 məktəbdə qeydə alınıb. Bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən “Nur” qızlar gimnaziyasında qeydə alınıb. Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb, onların təngnəfəslik, əl və ayaq əzələlərinin keyiməsi əlamətləri ilə tibbi yardım mərkəzinə müraciət etdiyi bildirilib. Sonrakı həftələrdə bu cür hallar təkrarlansa da, hakimiyyət orqanları məsələni açıq-aşkar ört-basdır etməyə, bununla bağlı informasiyanın yayılmamasına çalışıblar. İran hakimiyyətinə yaxın mediada bu barədə xəbərlər şayiə kimi təqdim olunub. Lakin fevralın ilk ongünlüyündən başlayaraq hadisənin daha geniş miqyas alması İran hakimiyyətinin məsələni gizli saxlamaq və artıq silsilə xarakteri almış zəhərlənmə faktlarının ictimailəşməsinə mane olmaq səylərini heçə endirib.

Rejimin heç bir tədbir görməməi fonunda İranın paytaxtı Tehranda və digər şəhərlərində sakinlər məktəbli qızların naməlum maddədən zəhərlənməsi ilə əlaqədar etirazlara başlayıblar. Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə aksiyalar keçirilib. Bundan sonra Iran səhiyyə nazirinin köməkçisi Yunus Pənahi isə bildirib ki, məktəblilərə verilən zəhər onlarda hər hansı fəsad törədə bilməz: “Bu yalnız zəiflik və halsızlığa səbəb olub. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr öldürücü deyil və panika yaratmamalıdır". Lakin sadə insanlar bu yanaşma ilə razılaşmır. Baş verənlər artıq beynəlxalq miqyasda da reaksiyalara səbəb olub. ABŞ İrandan bunlara aydınlıq gətirilməsini istəyib. Almaniya da  İranda qız şagirdlərin zəhərlənməsindən narahatlığını bildirib. Almaniyanın xarici işlər naziri Annalena Berbok bu məsələni qorxunc adlandırmaqla İranda zəhərli qazlarla qız məktəblərinə hücum edildiyinə toxunub və deyib ki, qızlar qorxu hiss etmədən məktəblərə gedə bilməlidirlər. O, məsələnin araşdırılması və təkrarlanmasının qarşısının alınmasını tələb edib. Qeyd edək ki, bundan öncə də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda qız şagirdlərin zəhərlənməsi ilə bağlı bəyanat yaymışdı. Bəyanatda şəffaf araşdırmalar aparmağa və bu hücumların səbəbkarlarının cəzalandırılmasına çağırılıb. BMT-nin bəyanatında həmçinin deyirlirdi: “İranın hakimiyyət orqanları bu işin araşdırılmasına başladıqlarını deyiblər. Ancaq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı israr edir ki, bu təhqiqat şəffaf olmalı və onun nəticələri ictimaiyyətə açıqlanmalıdır”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı hər şeyi AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ