Türkiyədə müxalifət liderlərindən ibarət “altılı masa”ya daxil olan partiyalardan biri İYİ Partiyanın idarə heyətinin bu gün iclası keçirilib.
Trend xəbər verir ki, Meral Akşener İYİ Partiyanın “Altılı masa”nı tərk etdiyini bəyan edib.
Akşener Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəklədiyini, lakin “Altılı masa”nın bunu yekdilliklə rədd etdiyini vurğulayıb. İyi Partiyadan başqa, yerdə qalan 5 partiya CHP liderinin namizədliyini dəstəkləyib.
O, buna boyun əyməyəcəklərini deyərək “Altılı masa”nı tərk etdiklərini bəyan edib.