Bazar günü günü, 08 noyabr 2026
     

İranda təqaüdçülər də rejimin üstünə qalxdılar...

Image


İran rejiminin yarıtmaz iqtisadi siyasəti fonunda əhalinin sosial durumunun daha da ağırlaşması bu ölkədə getdikcə daha ciddi narazılığa səbəb olur. Narazılıq və etirazların Cənubi Azərbaycan şəhərlərində də özünü qabarıq büruzə verməsi müşahidə edilir. Belə ki, Təbriz şəhərində təqaüdçülər Şərqi Azərbaycan Valiliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Sosial mediada yayılan xəbərə görə, Təbriz şəhərində təqaüdçülər, yaşayış şəraitinə etiraz olaraq, İranın digər şəhərləri ilə eyni vaxtda etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları təqaüdlərinin yetərli olmaması, inflyasiya və məişət şəraitinə etiraz bildiriblər. Etiraz edən təqaüdçülər fars dilində “söz bəsdir, süfrəmiz boşdur” və “haqqımızı alana qədər geri dönməyəcəyik” şüarları səsləndiriblər. Yayımlanan videogörüntülərdə təhlükəsizlik qüvvələrinin etiraz aksiyasının keçirildiyi yerdə olduğu görünür. İran Azərbaycanının digər şəhəri olan Ərdəbildə də təqaüdçülər Valilik binası qarşısında etiraz aksiyası keçiriblər. Qəzvin şəhərində təqaüdçülərin etiraz aksiyasında “Rusiyanı burax, bizim duruma bir çarə qıl” şüarı səsləndirilib. Eyni zamanda, İranın digər şəhərlərində, o cümlədən Ərak, İlam, Kirmanşah, Rəşt, Tehran və Kərəcdə də təqaüdçülərin etiraz aksiyaları keçirilib. Bu aksiyalar daha əvvəl elan edilmiş təqaüdçülərin ümummilli mitinq çağırışından sonra baş tutub. Aksiya iştirakçıları İranda inflyasiya və təqaüdlərin aşağı olmasına etiraz olaraq şüarlar səsləndiriblər. Təqaüdçülər müalicə xərclərinin baha olmasına etiraz edib, sığorta şirkətlərinin onların müalicə xərclərinin çox az hissəsini ödədiyini bildiriblər. Onu da qeyd edək ki, İran milli valyutasının son dövrlərdə sürətlə dəyərdən düşməsi müşahidə edilir. İqtisadiyyat üzrə güneyli ekspert Sabir Zamani İranda milli valyutanın ucuzlaşması, dolların bahalaşmasına aydınlıq gətirərkən deyib: “Son günlərdə İranda ABŞ dolları ikiqat bahalaşaraq, 600 min riala çıxmışdı. Əslində, dolların dəyəri qalxmayıb, rial dəyərdən düşüb. Məsələyə bu cür yanaşsaq, durumu daha düzgün qiymətləndirə bilərik. Çünki rial təkcə dollar deyil, avro, manat, rubl və digər valyutalar qarşısında da dəyərini itirib. Son bir ildə, rəsmi açıqlamalara görə, rial 80 faiz dəyər itirib. Dövlət dolların bahalaşmasında xarici faktorlar axtarmağa çalışır, bu barədə danışılmasına icazə vermir, əslində isə səbəb büdcə kəsirinin ört-basdır edilməsidir. Hər bir ölkənin pulunun dəyərlənməsi və dəyərdən düşməsi iki faktordan asılıdır: bu ölkə bir ildə nə qədər pul çap edib, istehsal gücü nə qədərdir. Amma İran çalışır ki, bunu başqa ölkələrə bağlasın. Sanksiyalara, embarqolara görə olduğunu deyirlər. Bunların təsiri qismən də olsa var, amma bu yeni bir məsələ deyil. Sanksiya hər zaman olub. Bunlar rialın son aylardakı dəyər itirməsinin səbəbi deyil. Əsas səbəb büdcə kəsiridir. İran iqtisadiyyatının quruluşu belədir ki, neft və qaz satır və gəlirləri dollarladır. Amma xərcləri rialla ödəyir. Orduya pulu milli valyuta ilə verir. Odur ki, dollar bahalaşdıqca, rial dəyərini itirir və dövlət büdcəni daha rahat qarşılaya bilir. Bu, çox önəmli məsələdir”. Ekspert həm də bildirib ki, xarici valyutanın 90 faizi dövlətin, 10 faizi xalqın əlindədir: “Hərtərəfli baxdıqda, görürük ki, rialın dəyərdən düşməsi İran rejiminin yararınadır. Bu, bir iqtisadi siyasətdir ki, İran rejimini irəli aparır. Rejim istəyir ki, büdcə kəsirini dolların bahalaşması ilə aradan qaldırsın. Xarici valyutanın bahalaşması hər nə qədər İran rejiminin xeyrinə olsa da, xalqın zərərinədir. Millət böyük bir inflyasiya ərəfəsindədir. Yaxın aylarda rialın dəyərdən düşməsi ilə böyük inflyasiya olacaq. Xüsusilə dərman və qida məhsulları xeyli dərəcədə bahalaşacaq. Hazırda qida məhsullarında inflyasiya 65 faizdən çox artıb və belə gedərsə, daha da çoxalacaq”.

Ölkədə ağır iş şəraiti də etirazlara yol açır. İran Fəhlələrinin Azad Birliyinin məlumatına görə, İsfahan Polad Şirkətinin bir neçə fəhləsi həbs olunub. Onlar sənaye kompleksinin ərazisində özlərinin iş şəraitinə etiraz yürüşlərində saxlanıblar. Polis ölkənin üçüncü polad istehsalçısı olan zavodun yüzlərlə işçisinin etirazını yatırdıb. Fəhlələr fevralın 25-dən tətil edir, daha yaxşı iş şəraiti, maaşlarının artırılmasımı tələb edirlər. Saxlanan fəhlələrin durumu haqda məlumat yoxdur. Onların dəqiq sayı da bilinmir, çünki müxtəlif şöbələrdən olublar. Son aylar İsfahan Polad Şirkətinin fəhlələri bir neçə dəfə kütləvi tətilə çıxıblar. İranda ötən yaydan əmək etirazları vüsət alıb, çünki yaşayış standartları zəifləyir, maaşlar xərcləri ödəmir, sığorta dəstəyi yoxdur. İranda əmək qanunvericiliyində işçilərin müstəqil birliklər yaratması hüququ tanınmır. Sosial-iqtisadi vəziyyətlə yanaşı, rejimin hicab siyasətini sərtləşdirmək niyyəti də yenidən ciddi narazılığa yol açır. Yeni məlumatlara əsasən, İranda onlarla xanım tələbə hicab qanununa “düzgün” əməl etmədiyinə görə “məcburi konsultasiya sessiyalarında” iştiraka məcbur edilir. Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və bundan sonra minlərlə iranlı küçələrə çıxaraq azadlıq, qadın hüquqlarının təmin olunmasını tələb etməyə başlayıb. Özəlliklə Tehranda universitetlərdə saysız etirazlar keçirilib, bir çox tələbə dərslərə girməkdən imtina edib. Etirazçı tələbələr “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları səsləndiriblər. Bəzi qadın tələbələr hicablarını çıxararaq yandırıblar. İndi isə İran Tələbələri Birliyi Şurası bildirir ki, Şiraz Universitetində tələbələrə göndərilən bildirişdə “hicabın çıxarılması və düzgün tələbə geyimində olmamaq” “pozuntu” kimi qeyd olunur. Tələbələrin məcburi konsultasiya üçün universitet rəhbərliyi ilə əlaqə saxlaması istənilir. Şura digər universitetlərdə də oxşar addım atıldığını bildirib. Tehrandakı Sur  Universitetində qadın tələbələr qrupuna göndərilmiş mesajda onları “məcburi mədəniyyət düşərgəsi”ndə iştiraka dəvət edirlər. Son həftələr etirazçı tələbələri dəstəklədiyinə görə bəzi universitet professorlarının işdən çıxarılması xəbərləri gəlib. İranda universitetlər və tələbələr uzun müddət daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinin yataqxanalarına zorakı reydlər zamanı bir tələbə öldürülüb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ