Xameneyinin yaxın qohumu İrandakı mülklərini sataraq pullarını xaricə çıxarıb. “Azad İran” “Telegram” kanalı bildirir ki, bu barədə iranlı jurnalist Fərəhmənd Əlipur özünün Tvitter hesabında yazıb.
“İran rəhbərinin oğlu Məsud Xameneyinin qaynı və məşhur antikvar satıcısı Sadiq Xərrrazi (“İran diplomatiyası” saytının təsisçisi) son bir neçə ayda İrandakı əmlakını və mülklərini sataraq pullarını Braziliyaya köçürüb” - jurnalist yazıb. “Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu və pullarını İrandan çıxarmağı tövsiyə etmişdi” - deyə o, əlavə edib.
TAHİR