Rusiya-Ukrayna müharibəsi birinci ilini arxada qoydu. On minlərlə insan həyatını itirdi, milyonlarla insan köç etmək məcburiyyətində qaldı. Rusiyanın hücumu ilə başlayan müharibədə dünya iqtisadiyyatı da ciddi zərbə aldı.
Bütün vasitəçilik cəhdlərinə baxmayaraq, bu günə qədər Rusiyanın Ukraynaya hücumlarının qarşısı almaq mümkün olmayıb, digər tərəfdən də müharibənin genişlənəcəyi narahatlığı da gündəmdən düşmür.
İki gün əvvəl Rusiya Ukrayna əsgərlərinin Moldovanın separatçı bölgəsi ətrafında toplaşdığını və buna ən uyğun cavabı verəcəklərini açıqlayaraq yeni hədəfini açıqlayıb.
Britaniyanın müdafiə naziri Ben Uolles isə müharibənin Avropaya da yayılacağı ilə bağlı xəbərdarlıq edib. Dünyanın daha təhlükəli, qeyri-sabit yer olduğunu deyən Uolles hökumətə müharibə xəbərdarlığı edib və tarix də açıqlayıb. "Müharibə Britaniyaya yaxınlaşır" deyən Uolles bəyan edib ki, hökumət yaxınlaşan təhlükəni görməli və ona hazırlaşmalıdır.
"Bu onilliyin sonunda soyuq və ya isti, müharibə qaçılmazdır. Putin dayanmayacaq", - Uolles The Sun-a deyib.
Tahir TAĞIYEV