Misir prezidenti Əbdülfəttah əs-Sisi Süveyş kanalının istismarının 99 illiyinə xarici şirkətə satıldığı iddialarına münasibət bildirib.
"Dövlət anormal şəkildə yalan, böhtan və şayiələrlə hədəfə alınıb. Bunlardan sonuncusu 3 həftədir gündəmdə olan Süveyş kanalının başqa bir şirkətə bir trilyon dollara satıldığı iddiası olub" Sisi deyib.
Qeyd edək ki, “Twitter”də bir paylaşımda ölkə prezidenti Sisi və baş nazir Mustafa Medbulinin imzaladığı 94 səhifəlik sənəddə Süveyş kanalının Misirdəki istismar hüquqlarının 99 il müddətinə xarici şirkətə verildiyi iddia edilmişdi.
Tahir TAĞIYEV