Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 374 nəfərə çatıb. Bu barədə AFAD məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da Kahramanmaraş bölgəsində 7,7 bal, 9 saat sonra 7,6 bal gücündə ikinci zəlzələ baş verib. Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 mindən bina dağılıb.
Fevralın 20-də Türkiyədə yenidən iki güclü zəlzələ baş verib. AFAD 6,4 bal gücündə birinci zəlzələnin episentrinin Hatayın Defne mahalı olduğunu açıqlayıb. Təxminən 3 dəqiqə sonra 5,8 bal gücündə ikinci zəlzələ bu dəfə Hatayın Samandağ bölgəsində baş verib.
Dəfnə rayonunda zəlzələ 16,74 kilometr dərinlikdə, Samandağ mərkəzli zəlzələ isə 7 kilometr dərinlikdə baş verib.
Zəlzələ Qaziantep, Adana, Şanlıurfa, Malatya, Kilis və Mardində də hiss edilib.
TAHİR