Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya-ABŞ-Çin üçbucağında dünya üçün nüvə təhdidi artır

Image


Qərb və Rusiyanın artan ziddiyyətləri bütün bəşəriyyət üzərində nüvə təhdidini artırır. Xüsusən də Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la imzalanmış “Strateji Hücum Silahları haqqında Müqavilə”də (START-3) iştirakını birtərəfli qaydada dayandırmağını açıqlaması Qərbdə və əslində, bütün dünyada  şok effekti yaradıb.

Xatırladaq ki, Vladimir Putin Federal Məclisə ünvanladığı müraciətində bildirib ki, ABŞ bu müqaviləyə əsaslanaraq, Rusiyaya məxsus hərbi obyektləri yoxlamağa çalışır. Qeyd edək ki, SSRİ və ABŞ arasında ilk dəfə 1972-ci ildə nüvə silahının yayılmasının qarşısının alınması məqsədilə START-1, 1979-cu ildə isə nüvə silahının kosmosa daşınmasının qarşısını almaq məqsədi ilə START-2 imzalanıb. SSRİ dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında 2010-cu ildə START-3 müqaviləsi bağlanıb. Müqavilədə nüvə obyektlərinə qarşılıqlı nəzarət etmək, nüvə başlıqlı raketlərin sayını azaltmaq kimi öhdəliklər var. Amma indi Rusiya müqavilədə iştirakını dayandırır.  Rusiyanın müqavilədə iştirakını bərpa etməsi üçün NATO-nun ümumi hücum arsenalının necə nəzərə alınacağını öyrənməsinin vacibliyini qeyd edən Putin deyib ki, indi ABŞ-da bəziləri nüvə silahı sınaqları keçirmək barədə düşünürlər. Bu halda, Rusiya da belə sınaqlar keçirməyə hazırdır. O vurğulayıb ki, Vaşinqtonun nüvə silahının təbii sınağını nəzərdən keçirməsi barədə məlumatlar var. Putin  Müdafiə Nazirliyi və Rusiya Atom Enerjisi Agentliyinə nüvə silahı sınaqları keçirməyə hazır olmağı tapşırıb. Rusiyanın bu addımı “soyuq müharibə” şərtlərini yenidən aktullaşdıra və addımı “soyuq müharibə”dən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasına zəmin yarada bilər. Krım parlamentinin Rusiya tərəfindən təyin edilən rəhbəri Vladimir Konstantinov isə qeyd edir ki, Vladimir Putinin nüvə sınaqları keçirməyə hazır olması barədə bəyanatı Qərb üçün qırmızı xətdir: “Bu, mühüm strateji qərardır. Bu, "qırmızı xətt" adlanan xətdir və bu, geosiyasi qarşıdurmada Qərbə hazır olduğumuzu göstərəcək”.  Putin Strateji Hücum Silahları haqqında Müqavilədə iştirakın dayandırılması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.  Avropa İttifaqı bu fonda hesab edir ki, START-3 üzrə öhdəliklərini yerinə yetirməli və ABŞ-yə bu sənəd çərçivəsində öz nüvə arsenallarında yoxlamalar aparmağa icazə verməlidir: “Avropa İttifaqı Rusiya ərazisində START yoxlamalarını sadələşdirməklə və sazişlə müəyyən edilmiş çərçivədə İkitərəfli Məşvərət Komissiyasında iştirak etməklə Rusiyanı START üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”. Aİ Xarici İşlər Nazirliyi Rusiyanın START-da iştirakını dayandırmaq qərarından təəssüfləndiyini bildirib ki, bu da qurumun fikrincə, Avropada təhlükəsizlik arxitekturasına xələl gətirir: “İki böyük nüvə dövləti arasında proqnozlaşdırıla bilənliyi və qarşılıqlı etimadı artırmaqla, bu müqavilə strateji rəqabəti məhdudlaşdırır və strateji sabitliyi gücləndirir”. Eyni mövqedən NATO daçıxış edir. Rusiya keçən ilin payızında Rusiya-Amerika Məşvərət Komissiyasının iclasını qeyri-müəyyən müddətə təxirə salıb. Bu komissiya digər məsələlərlə yanaşı, gələcək yoxlamaların vaxtını da müəyyən edir. İndilikdə isə müqavilənin pozulması ilk növbədə o deməkdir ki, Rusiya və ABŞ bir-birinin nüvə potensialına nəzarət edə bilməyəcək, qarşı tərəfin nüvə təhdidinin səviyyəsi yalnız gözəyarı ölçüləcək. Bu cür etimadsızlıq şəraitində tərəflərin hər hansı səhv, yaxud baş verə biləcək hadisə nəticəsində nüvə silahı tətbiq etməsi ehtimalı da artır.

Rusiyanın müqavilədə iştirakını dayandırmasını “məcburi qərar” adlandıran Putinin sözlərinə görə, nüvə silahına malik ölkələr öz nüvə potensialını artırır və Rusiyanın nüvə obyektlərinə baxış keçirmək istəyirlər. O, həmçinin, onda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın strateji aviasiya bazalarına zərbə endirmək planları, ABŞ-ın yeni nüvə silahları üzərində işləməsi, eləcə də bu silahları sınaqdan keçirmək niyyəti barədə məlumatlar olduğunu bildirib. Bundan başqa, Putin hesab edir ki, NATO ölkələri birgə bəyanat verməklə, faktiki olaraq, START-ın iştirakçısına çevriliblər. NATO-da isə ABŞ-dan başqa Böyük Britaniya və Fransanın da nüvə silahı var və bu silahlar Rusiyaya tərəf yönəlib. START müqaviləsində digər şərtlərlə yanaşı, ölkələrin strateji hücum silahlarını öz ərazisindən kənarda yerləşdirməsi də qadağan olunur. Ekspertlərin fikrincə, START-ın sonu “Nüvə Silahının Yayılmaması haqqında Müqavilə”yə də zərbə olacaq. Bu müqaviləyə 1968-ci ildə BMT üzvü olan 190 ölkə riayət edir. Onun qüvvədən düşməsi hazırda nüvə silahı yaratmağa yaxın olan ölkələrin də əlində əsas ola bilər. Analitiklər hesab edirlər ki, START-ın  bərpası yalnız Fransa və Böyük Britaniyanın nüvə potensialı nəzərə alınandan sonra mümkün ola bilər. Bu isə silahların ixtisarına dair ikitərəfli razılaşma modelinin artıq mövcud olmadığı və ehtimal ki, ikitərəfli şəkildə bir də təkrarlanmayacağı deməkdir. Mütəxəssislər nüvə sınaqlarına yenidən başlanacağını da istisna etmirlər. Belə vəziyyət dünya üçün nüvə təhdinin artmasını şərtləndirir. Rusiyanın ittihamlarına cavab olaraq ABŞ  bildirir ki, Moskva ilə Ukrayna, Pekin ilə isə Tayvan səbəbilə gəringliklərin artdığı bir vaxtda Rusiya və Çin nüvə silahları arsenallarını müasirləşdirir və genişləndirirlər. ABŞ-ın müdafiə naziri Lloyd Austin bildirir ki, Birləşmiş Ştatlar iki böyük nüvə dövlətinin strateji rəqiblər olduğu yeni mərhələnin astanasındadır: “Nüvə güclərinin təhrikedici davranışlardan qaçmaq, yayılma riskini azaltmaq, eskalasiya və nüvə müharibəsinin qarşısını almaq üçün dərin məsuliyyətləri var”.  Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir. İkinci yerdə isə ABŞ gəlir. Pentaqonun yaydığı hesabatda Çinin iki ildə nüvə arsenalının iki qat artıraraq, artıq 400-dən çox nüvə başlığına sahib olduğu vurğulanır. Pentaqonun bildirdiyinə görə, Çinin nüvə arsenalının genişlənməsinin sürəti Pekinə 2035-ci ilədək təxminən 1500 döyüş başlığı ehtiyatı saxlamağa imkan verə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ