ABŞ dövlət katibi Antoni Blinken Çinin Rusiyanı Ukrayna müharibəsi üçün silah və sursatla təmin edə biləcəyini deyib.
CBS News-a danışan Blinken bildirib ki, Çin şirkətləri artıq Rusiyaya “ölümcül olmayan dəstək” verirlər və yeni məlumatlar Pekinin “ölümcül dəstək” verə biləcəyini göstərir.
Blinken xəbərdarlıq edib ki, Çin Ukrayna müharibəsi üçün Rusiyaya silah-sursat verərsə, bunun Çin üçün “ciddi nəticələri” olacaq.
Çində özəl şirkətlərlə dövlət şirkətləri arasında real fərq olmadığını qeyd edən Blinken, "Çinin Rusiyaya silah tədarükü bizim və əlaqələrimiz üçün ciddi problemlər yaradacaq" deyib.
Blinken həmçinin qeyd edib ki, ABŞ Çinin Rusiyaya Qərbin sanksiyalarından yayınmasına kömək etməsindən narahatdır.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Blinken Çinin ən yüksək vəzifəli diplomatı, Çin Kommunist Partiyasının (ÇKP) Xarici Əlaqələr Mərkəzi Komitəsinin direktoru Vanq Yi ilə görüşüb.
Görüş zamanı Blinkenin "Sistemli sanksiyalardan qaçmaq üçün Çinin Ukraynaya qarşı amansız müharibəsində Rusiyaya maliyyə dəstəyi və ya yardımının nəticələri" barədə də xəbərdarlıq etdiyi bildirilib.
Tahir TAĞIYEV