Rusiya Fransa prezidenti Emmanuel Makronu “Rusiyanın məğlub olduğunu görmək istəməsinə” cavab olaraq “Napoleon Bonapartı unutmamağa” çağırıb.
Makron “Le Journal du Dimanche” qəzetinə deyib ki, Fransa Rusiyanın Ukraynada məğlub olmasını, lakin heç vaxt “əzilməməsini” istəyir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fransanın tarixi Makronla başlamır və dövlət səviyyəsində hörmət edilən Napoleonun qalıqları Parisin mərkəzindədir.
Zaxarova Makronun dəfələrlə Rusiya administrasiyası ilə danışıqlara cəhd etməsi fonunda bu sözləri ilə Qərbin Rusiyada rejim dəyişikliyi müzakirələrinə girməsinə diqqət çəkib.
Makron Ukrayna-Rusiya müharibəsi ilə bağlı ziddiyyətli mesajlar verdiyi üçün bəzi NATO müttəfiqləri tərəfindən sərt tənqid edilib.
Rusiyada rejim dəyişikliyi ehtimallarını dəyərləndirən Makron dünyada oxşar təşəbbüslərin “tamamilə uğursuz” olduğuna diqqət çəkib.
Tahir TAĞIYEV