Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində həlak olanların sayının 40 642 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb olub.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə minlərlə bina dağılıb.
Tahir TAĞIYEV