Türkiyənin saxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda indiyədək baş verən zəlzələlərdə 39 min 672 nəfərin həyatını itirdiyini açıqlayıb.
Zəlzələnin ilk saatlarından bölgədə olduqlarını bildirən Soylu axtarış-xilasetmə işlərinin aparıldığı binaların sayının 20 mindən çox olduğunu deyib.
Qeyd edək ki, qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb olub.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə minlərlə bina dağılıb.
Tahir TAĞIYEV