AFAD-ın açıqladığı son məlumata görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-ə yüksəlib.
İndiyədək zəlzələdə 108 min 68 nəfər yaralanıb, 216 min 347 nəfər bölgədən təxliyə edilib.
Qeyd edək ki, qardaş Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb oldu. 9 saat sonra Elbistan mərkəzli 7,6 bal gücündə ikinci zəlzələ isə bölgədə fəlakətə səbəb oldu.
Zəlzələ Kahramanmaraşla yanaşı Qaziantep, Osmaniyə, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada ciddi dağıntılara səbəb olub. Bölgədə 6 444 bina dağılıb. Zəlzələdən sonra axtarış xilasetmə əməliyyatları davam edir.