ABŞ Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində terror aktları planlaşdırır. Belə bir iddia ilə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) çıxış edib.
Rusiya iddia edir ki, ABŞ bu məqsədlə Yaxın Şərqdə İŞİD və Əl-Qaidə ilə əlaqəli yaraqlılar toplayır.
"Etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, ABŞ əsgərləri Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qruplardan yaraqlıları fəal şəkildə cəlb edirlər. Bunun üçün yanvar ayında Yaxın Şərqdəki münaqişələrdə təcrübəsi olan 60 terrorçu seçilib" - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Açıqlamada bu yaraqlıların ABŞ-ın Suriyadakı Tanif bazasında təlim keçdiyi və ən qısa zamanda kiçik qruplar halında Rusiya və MDB ölkələrinə göndərilməsinin planlaşdırıldığı iddia edilib.
Tahir TAĞIYEV