Kahramanmaraşda baş verən və 10 şəhərdə böyük dağıntılara səbəb olan iki zəlzələdən sonra dağılan binalarla bağlı aparılan istintaqda 163 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Bu şübhəlilərdən 13-ü həbs olunub, 2-si məhkəmədən sonra sərbəst buraxılıb. 43-ü həbsdə olan şübhəlilərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib, onlardan 70-nin tutulması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, məsuliyyəti müəyyən edilən şübhəlilərdən 8-nin həyatını itirdiyi, 12 nəfərin isə ifadələrinin ardından sərbəst buraxıldığı müəyyən edilib. Baş Prokurorluq tərəfindən 8 şübhəli ilə bağlı araşdırma davam etdirilir.
Hatayda zəlzələdə dağılan Ərdoğan Mənzilinin podratçısı Mustafa Erdoğan Keçecioğlu Ankarada həbs olunub. Adıyaman Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Adıyamanda dağılan binanın podratçıları Yavuz və Sevilay Karakuş da həbs edilib. Hatayda zəlzələdə dağılan Kule Mənzilinin podratçısı Ömər Cihan Antalyada saxlanıb. Adıyamanın Besni rayonunda zəlzələ nəticəsində dağılan 6 binanın sahibi Şükrü İşitmen də həbs edilib.
Tahir TAĞIYEV