Türkiyə müxalifətinin və sadə insanların zəlzələ bölgəsində son illərdə böyük binaların tikinti texnologiyasına uyğunsuz aparıldığı barədə iddialarından sonra rəsmi strukturlar hərəkətə keçiblər, həbslər başlayıb.
Şübhəli tikinti aparan "boslar" isə müxtəlif yollarla ölkədən qaçmağa başlayıblar. Kimisi Gürcüstana, kimisi Azərbaycana qaçmaq istərkən aeroportlarda həbs ediliblər. Hətta qaçdığı Kiprdən geri gətirilən tikinti şirkət rəhbərləri var.
Burada deyirlər ki, bəndədən gizlətdiyini Allahdan gizlədə bilməzsən. Tikinti aparanlar zamanında Allahı görsəydilər, insanları öncə aldatmaq, sonra isə kütləvi qırmaq yolu tutmazdılar.
Zəlzələ bölgəsində keyfiyyətsiz tikinti aparan və yüz minlərin misilsiz fəlakətlərinə bais olmuş bosları görürük, haqq divanı başlayıb, bəs onlardan belə keyfiyyətsiz binaları istismara qəbul etmiş dövlət məmurlarının nə zaman kütləvi həbsi başlayacaq? Ortada dövlət məmurlarının da fəal işbirliyində olduqları böyük korrupsiya əməliyyatlarının olduğu görünür...
Namiq