Qaziantep Prokurorluğu tərəfindən "əsrin fəlakəti" kimi xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində şəhərdə dağılan binalarla bağlı başladılan istintaq davam edir.
İstintaq çərçivəsində təyin edilmiş texniki ekspert qrupları bölgələrdə işlərini davam etdirir.
Qaziantepdə zəlzələ nəticəsində dağılan binalardamn biri Ayşe-Mehmet Polatın podratçısı Mehmet Ertan Akay İstanbulda saxlanıb.
Araşdırmalar zamanı uçan binanın sütununu kəsdiyi müəyyən edilən iki nəfər də tutulub.
Şanlıurfada zəlzələ nəticəsində dağılan binalarda aşkarlanan tikinti qüsurları və sütunların kəsməsi ilə bağlı 8 şübhəli də saxlanıb.
Bundan əvvəl xaricə qaçmağa çalışan Hatayda Renaissance Residence İnşaatın sahibi Mehmet Yaşar Coşkun İstanbul Hava Limanında külli miqdarda pulla saxlanıb.
TAHİR