Türkiyədə fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələnin yeni görüntüləri ortaya çıxıb. Kahramanmaraş mərkəzli birinci 10 vilayətdə baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edərkən 7,6 bal gücündə ikinci zəlzələ baş verib.
Zəlzələnin episentri Elbistan rayonunun Müftilər meydanında bir nəfər mobil telefonu ilə həmin anları saniyə-saniyə lentə alıb. Görüntülərdə zəlzələ ilə birlikdə binaların uçması, daha sonra ətrafın çökən binaların toz dumanı ilə örtülməsi əks olunub. Həmin anlarda görüntülərdə əks olunan vətəndaşların qorxu, sarsıntı və panik anları görüntülərdə də əks olunub.
Digər görüntü isə Malatyada yenə də ikinci zəlzələ zamanı çəkilib.
TAHİR