Zəlzələdən zərər çəkənlərə köçürülmə xərcləri ilə birlikdə 15 min lirə verilməsinin hazırlığı görülür. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Xüsusilə, zəlzələ bölgəsində ölkənin yenidən ayağa qalxmasına imkan verəcək hərtərəfli proqram hazırlayırıq. İnsanların AFAD hesablarına etdikləri yardımların hər qəpiyi zəlzələ bölgəsindəki fəaliyyətlərə xərclənir", - Prezident bildirib.
Ərdoğan deyib ki, Zəlzələdən zərər çəkənlərin fərqli bölgələrdə kirayə pullarını qarşılayacağıq.
O qeyd edib ki, çadırlarda qalmaq istəməyən şəxslərin gedəcəkləri yerdə kirayə haqları qarşılanaq.
Qeyd edək ki, R.T.Ərdoğan bundan öncəki açıqlamasında zəlzələdən zərər çəkən ailələrə ilkin olaraq 10 min Türk lirəsi vediləcəyini demişdi.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xeyli sayda insan həlak olub və yaralanıb.