Beynəlxalq reytinq agentliyi “Fitch” Türkiyədə Kahramanmaraş mərkəzli 7,7 və 7,6 ballıq zəlzələlərin təxmini zərərini açıqlayıb.
“Fitch” zərərin 2 milyard dolları keçəcəyi, hətta 4 milyard dollar və daha çox ola biləcəyi barədə xəbərdarlıq edib.
Zəlzələdən zərər çəkmiş ərazilərdə sığorta tariflərinin aşağı olduğunu qeyd edən “Fitch” sığorta məbləğlərinin "çox aşağı", "bəlkə də təxminən bir milyard dollar" olacağını təxmin edir.
TAHİR