Bazar günü günü, 08 noyabr 2026
     

Mollalar İran xalqının özünü də terrorla hədələyir...

Image


İranda davam edən aksiyaların hansı nəticələrlə yekunlaşacağı indi xüsusi maraq dairəsində yer alır. Çünki nə xalq, nə də rejim geri çəkilmək niyyətindədir. Belə bir vaxtda, paytaxt Tehran da daxil, ölkənin bir neçə şəhərində etirazçılar 1979-cu il İslam inqilabının ildönümünə həsr olunmuş hökumət plakatlarına od vurublar.

Tehranın Ekbatan məhəlləsində isə etirazçılar pəncərələrdən və damlardan ali rəhbər ayətüllah Əli Xamneyiyə ölüm şüarları səsləndiriblər. Eyni hərəkətlər Tehranın başqa yerlərində də müşahidə olunub. Sosial şəbəkələrdə yayılmış bir neçə videoda adamların indiki ruhani üsul-idarənin qurulmasına yol açmış 1979-cu il inqilabına həsr olunmuş plakatları yandırdığı görünür. Bunlar fevralın 11-də qeyd olunacaq olacaq İslam inqilabının növbəti ildönümü ərəfəsində baş verir. Xatırladaq ki, İranda ötən ilin sentyabrın ortalarında, hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb. Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü bəyan ediblər. Hazırkı xalq  etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır. Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər. Etirazlar ərzində, 71-i azyaşlı olmaqla, azı 550-yə kimi insanın öldüyü bildirilir. Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub. Mövcud vəziyyətdə İranın müxalifət xadimi Mirhüseyn Musəvi ölkədə referendumun keçirilməsinə və yeni konstitutsiya layihəsinin hazırlanmasına çağırıb. 2011-ci ildən ev dustaqlığında olan Musəvi yaydığı bəyanatda bu çağırışla çıxış edib. O bildirib ki, son zamanlar hakimiyyət əleyhinə etirazlar zamanı çoxlarının səsləndirdiyi “qadın, həyat, azadlıq” şüarı əsasında köklü dəyişiklik istəyirlər. Musəvi qeyd edib ki, bu üç söz zülm, yoxsulluq, təhqir və ayrı-seçkilikdən azad parlaq gələcəyin toxumlarıdır. Musəvi, onun universitet professoru olan həyat yoldaşı Zəhra Rəhnavard və islahatçı din xadimi Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli prezident seçkiləri ilə bağlı ayətullah Əli Xamneiyi və İranda insan haqlarının vəziyyətini tənqid etdikləri üçün 2011-ci ilin fevralından ev dustaqlığındadılar. Hesab edilir ki, islahatlar həyata keçrilməsə, İranda vəziyyət daha da gərginləşəcək. Bunun daha bir səbəbi İrana qarşı beynəlxalq sanksiyaların daha da sərtləşməsidir. Xüsusən də İranın uranı zənginləşdirməsi vəziyyəti daha da gərgin məcraya sürükləyir. Bu fonda ABŞ, Böyük Britaniya, Almaniya və Fransa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatına dair birgə bəyanat yayıb. Birgə bəyanatda qeyd olunub ki, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri ABEA-nın İranın bu Agentliyə əvvəlcədən məlumat vermədən bəzi sentrifuqalarının konfiqurasiyasında əsaslı dəyişiklik etdiyi barədə hesabatını diqqətə alıb. Bu sentrifuqalar 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal edir və Fordo zənginləşdirmə zavodunda yerləşir. Dörd ölkə İranı öz öhdəliklərinə əməl etməyə çağırır: "İranın bu addımın səhvən atıldığı barədə iddiaları adekvat deyil. Biz İranın hərəkətlərini bu ölkənin iddia edilən niyyətinə görə deyil, AEBA-nın qərəzsiz və obyektiv hesabatlarına əsaslanaraq qiymətləndiririk. Xatırladırıq ki, İran tərəfindən Fordo zənginləşdirmə zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı əhəmiyyətli risqlər daşıyır və mülki istifadə ilə bağlı əsaslandırmadan məhrumdur. İranın hərəkətləri indi daha çox narahatlıq doğurur, çünki Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində şəffaflıq və yoxlama üzrə öhdəliklərinin, o cümlədən əlavə protokolunun icrasını iki ilə yaxındır dayandırıb”. AEBA-nın  baş direktoru Rafael Qrossi İranın bir neçə dəfə Birgə Hərtərəfli Fəaliyyət Planı adlanan sazişin şərtlərini kobud şəkildə pozması barədə xəbərdarlıq edib. AEBA-nın baş direktorunun bəyanatı Körfəzin Əməkdaşlıq Şurasının (KƏŞ) ciddi narahatlığına səbəb olub və bu təşkilat Qərb ölkələrini İranı danışıqlar masası arxasına oturmağa məcbur etməyə çağırıb. Ərəb dövlətlərinin birləşdiyi KƏŞ hesab edir ki, Yaxın Şərq regionunda sülhə və təhlükəsizliyə ciddi təhdid olan qüvvələri dəstəkləyən Tehranın nüvə silahına malik olması yolverilməzdir. Şuranın baş katibinin müavini Abdel Əziz Aluvayşeq Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc etdirdiyi məqalədə qeyd edib ki, Tehrandakı radikal qüvvələr bu prosesin tezliklə başa çatdırılımasını tələb edirlər. O yazıb: “Onu da vurğulamaq yerinə düşər ki, danışıqların aparıldığı illərdə də İran vaxt qazanmaqla əlavə resurslar əldə etməyə və nüvə silahı ilə bağlı niyyətini yerinə yetirməyə can atırdı. Rəsmi Tehran 2015-ci ildə JCPOA-nı qəbul edərkən də bu hədəfə nail olmağa çalışıb. Belə ki, həmin sazişin imzalanmasından sonra Qərbin sanksiyalarının yumşaldılması İran üçün nəfəslik rolunu oynayıb. Lakin Tehranın qeyri-konstruktiv mövqeyi bu prosesin uzun müddət davam etməsinə imkan vermədi. Belə ki, 2018-ci ildə ABŞ, bu yaxınlarda isə İran rejiminin etirazçılara divan tutmasına cavab olaraq Avropa İttifaqı yeni sanksiyalar tətbiq etdi. Artıq Qərbin terrorçu dövlət kimi qəbul etdiyi İranla yeni danışıqlar aparacağı ehtimalı çox azdır”. KƏŞ rəsmisi hesab edir ki, JCPOA-nın indiyə qədər İranın nüvə silahı əldə etməsinə mane ola bilməməsi beynəlxalq ictimaiyyətin böhrana yanaşmasının yenidən qiymətləndirilməsini tələb edir: “Əvvəllər “P5+1” formatında müzakirəçilər 2015-ci ildə sazişin bağlanmasının İranın bölgədəki davranışında mötədilliyə gətirib çıxaracağına ümid edirdilər, lakin Suriya, Livan, Yəmən və başqa yerlərdə Tehranın pozucu fəaliyyəti nəticəsində bunun əksi baş verdi. Şübhə yoxdur ki, İranın nüvə proqramı Yaxın Şərq regionu və onun hüdudlarından kənardakı ölkələr üçün ciddi təhlükə yaradır və o üzdən, Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün diplomatik səylər davam etdirilməlidir”. Abdel Əziz Aluvayşeq hesab edir ki, İranın regionda və bütün dünyada təşviş doğuran digər fəaliyyəti - dronların, ballistik və qanadlı raketlərin istehsalının artması, eyni zamanda, Tehranın dəstəklədiyi terrorçu və məzhəb qrupları regionda fəsadlar törədir. Digər tərəfdən, silah istehsalına ayrılan külli miqdarda vəsait İran iqtisadiyyatını çökdürür və bu vəziyyət əlavə təhlükə mənbəyidir. Ekspertlərin qənaətinə görə, bu gün 80 milyondan çox əhalisi, zəngin təbii sərvətləri, o cümlədən böyük neft və qaz ehtiyatları olan İranın ümumi daxili məhsulu militarist siyasət nəticəsində çox aşağı səviyyədədir. Bu, Tehranın qonşularını narahat edən daha bir ciddi amildir: “İran iqtisadiyyatının tezliklə tam iflas olacağı ehtimalı region üçün bir neçə faciəli ssenarilər vəd edir. Birinci ssenari regional nüvə silahlanma yarışıdır. Nüvə danışıqları nəticəsiz davam edə bilər, lakin İran rejimi diplomatik səylər pərdəsi altında nüvə proqramını davam etdirəcək. Belə olan halda, həmçinin AEBA prosesə nəzarət edə bilməyəcəyi təqdirdə, Tehran nüvə silahına nail olacaq. Bunun qarşılığında isə Yaxın Şərq regionunda digər ölkələr də İranın təhdidinə qarşı nüvə silahlanma yarışına girə bilər. İkinci ssenari İranın başqa bir Şimali Koreyaya, yəni nüvə hərbi diktaturasına çevrilməsi, ağır sanksiyalara məruz qalmış və təcrid olunmuş bir dövlət olmasıdır. Bu ölkədə əhalinin dünyanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək, yoxsullaşma daha da dərinləşəcək. Üçüncü ssenari, İranın Suriya, Liviya və Yəmən kimi “ərəb baharı” adlanan dövlətlərin taleyinə bənzər xaosa düşməsi və idarəsiz olmasıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ