Bir çox Qərb ölkələri Ukraynanın tank tələbinə müsbət cavab verdi. Almaniya Ukraynaya Leopard 2, ABŞ M1 Abrams və France Leclercs tanklarını göndərmək qərarına gəlib.
Belçika da tank göndərmək istəyirdi, lakin məlum oldu ki, onun inventarında heç bir tank yoxdur. Yararsız tanklar hamısı 2014-cü ildə silah tacirinə satılıb. Belçika hökuməti istifadə olunmamış onlarla Leopard 2 tankının hər birini 15 min avroya satıb.
Ukraynaya göndərmək üçün silah satıcısından tankları yenidən almaq istəyən Brüssel gözlənilməz cavab alıb. Satıcı istifadə olunmayan və depolarda saxlanan tankların hər birinin təmiri üçün 500 min avro istəyib.
Belçikanın müdafiə naziri tələb olunan qiymətin “qəbuledilməz” olduğunu və hələlik Ukraynaya tank verə bilməyəcəklərini deyib. Silah tacirinə tankları geri almaq istədiyi pulu ödəyə bilməyən Belçika hələlik Ukraynaya hərbi texnika göndərməklə kifayətlənəcək.
Müdafiə naziri qeyd edib ki, Belçika müharibə başlayandan bəri Ukraynaya tüfəng, silah, reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə raketlər kimi 90 milyon avroluq hərbi texnika göndərib.
Tahir TAĞIYEV