
Ultrasağçı partiya üzvü Rasmusun yanvarın 21 və 27-də Sokholmda və Kopenhagendə iki dəfə Türkiyə səfirliyinin önündə Quranı yandırmasına Türkiyədən və digər müsəlman ölkələrdən sərt reaksiya oldu.
Türkiyə bəyan etdi ki, hadisəyə etiraz əlaməti olaraq İsveçin NATO-ya qəbul edilməsi üçün öz rəsmi razılığını geri götürür.
NATO prosedurlarına görə, İsveçin təşkilata qəbul məsələsinə yalnız növbəti alyans sammitində baxıla bilər ki, bu da iyul ayında Vilnüsdə olacaq.
Xatırladaq ki, avantürist Rasmus hər cümə günü bir Avropa paytaxtında Türkiyə səfirliyi qarşısında Quranı yandıracağına söz verib və təəssüf ki, İsveç hökuməti hələ bu cinayətkarın barəsində hüquqi ölçü götürməyib...
Zümrüd VƏLİYEVA