20/03/2023 23:53
728 x 90

İranın İsfahandakı silah zavodunu bombaladılar…

img

İranın İsfahan şəhərində hərbi obyektdə güclü partlayış baş verib. Partlayışın Müdafiə Nazirliyinə məxsus silah zavodunda baş verdiyi bildirilir.

İsfahan valiliyi partlayışı təsdiqləsə də, itkilərin olmadığını açıqlayıb.

Müdafiə Nazirliyindən verilən açıqlamada hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.

"Müdafiə Nazirliyinə bağlı istehsalat obyektlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə edilməklə uğursuz hücum edilib. Müdafiə tədbirləri ilə təyyarələrdən biri obyektin hava hücumundan müdafiə sistemi ilə vurulub, digər ikisi isə müdafiə tələlərinə düşərək partlayıb” - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

TAHİR

Peşə etikası

Son xəbərlər