
İranın Zahedan şəhərində əhali Xameneiyə qarşı üsyana qalxıb. Bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Acınacaqlı vəziyyətdə yaşamaqdan bezmiş əhali genişmiqyaslı nümayiş keçirərək molla rejiminə qarşı "Süfrələrimiz boşdur, Xamenei canidir! Ölüm olsun Xameneiyə!" şüarları səsləndiriblər.
"Azad İran" "Telegram" kanalında molla polis rejiminin Zahedan şəhərində etirazçı əhaliyə hücum etdiyini göstərən görüntülər də paylaşıb.