Bazar günü günü, 08 noyabr 2026
     

Qərb Ukraynanı tarixin ən böyük tank döyüşünə hazırlayır

Image


Məlum olduğu kimi, NATO müttəfiqləri və Kiyevin həftələrlə çəkən təzyiqindən sonra Almaniya, nəhayət, Ukraynaya “Leopard 2” müasir döyüş tankları verməyə razılaşıb. Bu, Ukraynanın Rusiya işğalına qarşı yaz əkshücumuna hazırlaşdığı bir vaxtda baş verir.

Berlin, həmçinin, Polşa kimi NATO müttəfiqlərinin Ukraynaya “Leopard 2” verməsinə yaşıl işıq yandırıb. ABŞ isə Kiyevə bir batalyona bərabər 31 “Abrams” döyüş tankları göndərəcək. ABŞ prezidenti Co Bayden  Birləşmiş Ştatların Ukraynaya 31 ədəd “M1 Abrams” ağır tanklarının göndəriləcəyini bəyan edib. O xatırladıb ki, ABŞ indiyədək Ukraynaya yüzlərlə vahid zirehli texnika çatdırıb. Eləcə də Bayden qeyd edib ki, ötən həftə Ramştaynda keçirilən müşavirədə elan olunduğu kimi, Vaşinqton Ukraynaya daha 500-dək zirehli texnika göndərməyi planlaşdırır.  O vurğulayıb ki, “Abrams” tankları dünyanın ən qüdrətli zirehli maşınlarıdır. Lakin əlavə edib ki, bu tanklara xidmət göstərilməsi və onlardan istifadə xeyli mürəkkəbdir. Baydenin sözlərinə görə, Ukraynaya bu tanklara xidmət üçün lazım olan ehtiyat hissələri və alətlər də veriləcək. Həmçinin “Abrams” tankları ilə işləyəcək Ukrayna hərbçiləri ayrıca təlim keçəcəklər. ABŞ prezidenti bildirib ki, Ukraynaya “Abrams” tankları artıq indiyədək azad etdikləri ərazilərin saxlanması və əks-hücum üçün lazımdır: “Öz ərazilərini azad etmək üçün onlar Rusiyanın təkamül prosesində olan taktika və strategiyasını qısa müddətdə döyüş meydanında dəf edəcək imkanlara malik olmalıdırlar”. Ağ Ev isə bildirib ki, “M1 Abrams” tankları Ukraynaya nəinki daha yaxşı müdafiə imkanı verəcək, həm də Kiyevin işğal olunmuş ərazilərini geri qaytarmasına şərait yaradacaq. Almaniya hökuməti Kiyevin dəfələrlə səslənən çağırışlarına cavab olaraq Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi, cəbbəxanasında bu tanklardan olan partnyor ölkələrə onların təkrar ixracı üçün icazə verilməsi barədə qərar qəbul edib. Qərb müttəfiqlərinin siyasətində 180 dərəcə dəyişikliyi ehtiva edən bu qərardan məqsəd Ukraynada gedən müharibədə qüvvələr balansının Kiyevin xeyrinə dəyişdirilməsidir. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin qərarına acıqlı reaksiya verib və deyib ki, bu olduqca təhlükəli addımdır: “Bu son dərəcə təhlükəli qərar münaqişəni qarşıdurmanın yeni mərhələsinə qaldırır və Almaniya siyasətçilərinin Almaniyanın bu məsələyə müdaxilə etmək istəmədiyinə dair bəyanatlarına ziddir. Almaniya da, özünün yaxın müttəfiqləri kimi, Ukraynadakı böhranın diplomatik yollarla həllində maraqlı deyil və daimi eskalasiyaya və Kiyevin hüdudsuz şəkildə daha ölümcül silahlarla təchizatına meyllidir”. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, tankların göndərilməsi də daxil, Qərbin siyasi qərarları Avropada, habelə bütün dünyada çox gərgin təhlükəsizlik problemi yaradır.

Ekspertlər bildirir ki, Qərb tankları Ukraynanın Rusiya qüvvələrinin işğalına qarşı mübarizəyə əhəmiyyətli təkan verə bilər. ABŞ-nin ehtiyatda olan ordu mayoru, Madison Siyasi Forumunda Urban Müharibə Araşdırmalarının başçısı Con Spenser tankları Ukraynanın hücum reseptinin vacib hissəsi adlandırır: “Onlara Rusiya tanklarının əksəriyyətini üstələyəcək tank lazımdır. “Leopard 2” və “Abrams” tanklarının daha yaxşı görmə qabiliyyəti var, düşmən texnikasını sürətlə aşkarlayaraq hədəfə alır. Daha yaxşı stabilizasiya isə bu tankların hətta hərəkətdə ikən belə dəqiqliklə atəş açmasına imkan verir. Ekspertlər sözügedən tankların Rusiya modellərindən daha təhlükəsiz olduğunu deyir, partlayışa dözümlü qapıları heyəti tankdakı sursatdan ayırır. Almaniya, ABŞ və Böyük Britaniya hələlik, 60-dək tank göndərməyə razılaşıb. Britaniya bu ayın əvvəlində deyib ki, Ukraynaya 14 ədəd “Challenger 2” döyüş tankları göndərəcək”. Ukrayna ordu rəsmiləri rusiyalıların geri oturdulması üçün onlara 300 tank, 600-700 zirehli döyüş texnikası, 500 haubitsa lazım olduğunu deyirlər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi Mark Kankian isə döyüş zonasında real təsirdən ötrü Ukraynaya azı 100-150 Qərb tankı lazım olduğunu bildirir. Müharibəyədək Ukraynanın 850-yə yaxın tankı olub və onların azı yarısını itirib. Ukrayna tank sayını açıqlamır, dövlət sirri olduğunu bildirir. Müharibənin 11 ayı ərzində Şərqi Avropadan olan NATO üzvləri Ukraynaya yüzlərlə sovet istehsalı olan tank veriblər. Ancaq bu ölkələrin belə silahlar vermək qabiliyyəti məhduddur, ona görə də Qərb istehsalı tanklar ən cəlbedici alternativ olaraq qalır. Indiki halda “Leopard 2” tankları “Abrams”dan daha tez göndərilə bilər, çünki sonuncu daha uzunmüddətli təlim istəyir. Ekspertlərin fikrincə, Ukrayna bir neçə həftəyə “Leopard 2”dən istifadəyə hazır ola bilər. Hazırda Avropada, o cümlədən Türkiyədə 2 mindən çox “Leopard 2” tankının olduğu bildirilir. Bu isə kritik səviyyədə dəstəkdən üçün bu ölkələrin asanlıqla bir araya gələ biləcəyi deməkdir. Ancaq bir məsələ də var ki, daha köhnə model sayılan “Leopard 2” tankları illərdir anbarlarda saxlanır və potensial yerləşdirmədən ötrü onlara təmir, modifikasiya lazım ola bilər. ABŞ rəsmiləri isə 31 “Abrams” tankının Ukraynaya göndərilməsinin bir neçə ay çəkəcəyini açıqlayıb. Bayden administrasiyası bu tankları göndərməklə bağlı tərəddüdünü onunla əsaslandırırdı ki, onların qaz turbinləri reaktiv yanacaq işlədir, onlara baxış, istifadə və təchizatı “Leopard”lara baxanda daha çətindir. Bəzi ekspertlərsə bu narahatlığı əsassız sayır, Ukrayna silahlı qüvvələrinin yeni avadanlığa adaptasiya olunmasına diqqət çəkir. ABŞ rəsmiləri deyirlər ki, Qərb tankları gələn həftələr və aylar ərzində açıq ərazilərdə gözlənən döyüşlərdə əsas komponent olacaq. Rusiyanın da yazda hücuma hazırlaşdığı güman edilir. Ekspertlərin sözlərinə görə, döyüş tankları Ukraynada gedən şəhər döyüşləri üçün də vacibdir. Bundan başqa, ABŞ və NATO müttəfiqləri Ukraynaya yüngül tanklar adlanan yüzlərlə silahlı döyüş maşını göndərməyə də razılaşıblar. Bu maşınlar əsasən döyüş zonasında əsgərlərin daşınması üçün nəzərdə tutulsa da, bəzən tankları da dağıda bilir. Kiyev həmçinin Qərbdən qırıcı təyyarələr və uzaqmənzilli raketlər istəyir. Qeyd edək ki, Ukraynaya ABŞ və Almaniya tanklarının göndərilməsi qərarından dərhal sonra NATO ölkələri Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsini müzakirə edirlər. Hələlik Ukraynaya ABŞ istehsalı F-16 qırıcıları verə biləcəyini yalnız Niderland bəyan edib. Ötən həftə ölkənin xarici işlər naziri Vopke Hukstra parlamentə bildirmişdi ki, Kiyev müvafiq müraciət edərsə, hökumət bu məsələyə baxmağa hazırdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ