Rusiyanın ötən il fevralın 24-də Ukraynaya hücumu ilə başladığı müharibə silahlanma yarışı ilə davam edir. ABŞ prezidenti Bayden Ukraynaya 31 M1 “Abrams” tankı və 8 M88 tankı verəcəklərini açıqlayıb.
Biden, Rusiya-Ukrayna müharibəsinin ədalətli və daimi bir nəticəni istədiklərini ifadə edərək, "Putin əvvəldən yanıldı və səhv etməyə davam edir" deyib.
ABŞ prezidenti “Abrams”ın “dünyanın ən güclü tankları” olduğunu və 31 “Abrams” tankının Ukraynanın strateji məqsədlərinə çatmaq üçün potensialını artıracağını bəyan edib.
Vaşinqton administrasiyasının bu addımı Almaniyanın ABŞ-dan əvvəl Ukraynaya tank tədarük etmək istəməməsindən və digər dövlətlər tərəfindən Ukrayna ordusuna Almaniya istehsalı olan tankların tədarükünü hələ də təsdiqləməməsindən sonra atılıb.
Bundan əvvəl Almaniya hökuməti Ukraynaya “Leopard 2” tankları göndərəcəyini açıqlayıb. Müvafiq olaraq, Almaniyanın öz inventarından “Leopard” tanklarını Ukraynaya verməsi, Polşaya və digər dövlətlərin özlərində olan alman istehsalı olan tankları Ukraynaya təklif etməsinə razılıq verməsi müqabilində ABŞ Ukraynaya M1 “Abrams” tankları tədarük edəcək.
Baydenin açıqlanmasından əvvəl Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya göndərəcəyi gözlənilən ABŞ istehsalı olan “Abrams” tanklarının da Rusiya ordusunun hədəfi olacağını bəyan edib.
"Bu tanklar da digərləri kimi yanacaq. Lakin onlar çox bahadır və bu, Avropanın vergi ödəyicilərinin çiyinlərinə yeni bir yük qoyacaq" - Peskov deyib.
Tahir TAĞIYEV